Günəş şüaları dəridə ləkələr yaradır – Xəbərdarlıq
28.06.2021 16:00

Günəşi sevsək də, ona çox maruz qalmağımız dərimizə ciddi ziyan vurur. Buna görə də yayın gəlişi ilə qırışlar, qəhvəyi ləkələr və dəri yanıqları problemi üzə çıxır.

 

Aztibb.az xəbər verir ki, dermatoloqlar günəş şüalarının zərərli təsirləri barədə xəbərdarlıq edib.

 

Dəriyə rəng verən hüceyrələr, yəni melanositlər dərinin üst qatında yerləşir. Melanin normal olaraq qaradərili insanlarda çox, ağ dərili insanlarda isə az istehsal olunur. Bu, insanlar arasındakı dəri fərqlərində açıq şəkildə görülür.

 

Həmin rəngli piqmentlər dərini bir paltar kimi örtür və onu günəşin zərərli təsirlərindən qorumağa çalışır. Bu vəziyyət bizə fərdlər arasındakı qaralma fərqlərini də göstərir.

 

Qaralma əslində dərinin zərərli günəş şüalarına qarşı bir müdafiə mexanizmidir.  Günəş ləkələri günəşə məruz qalan dəri bölgələrində görünən qəhvəyi ləkələrdir.

 

Dəridəki ləkələrə yalnız günəş deyil, həm də yaralanmalar, sızanaqlar, kosmetik məhsulların istifadəsi, həmçinin hormonal dəyişikliklər, genetik meyl və istifadə olunan bəzi dərmanlar da səbəb ola bilər.

 

Bu səbəbdən insanlar sağlam şəkildə qiymətləndirilməsi üçün mütləq bir dermatoloqa müraciət etməlidirlər.

 

Günəş ləkələri dərinin qocalmağının ən vacib səbəblərindən biridir. Günəşə uzunmüddətli məruz qalma dəri yaşlanmasına gətirib çıxarır.  

 

Günəşin zərərindən qorunmaq üçün gündəlik pambıq, nəfəs ala bilən və açıq rəngli paltarlara üstünlük verilməli, sağlamlıq normalarına uyğun günəş eynəyi seçilməli, günəşli saatlarında dəri birbaşa günəşə məruz qalmamalıdır.  

 

Bundan başqa, qoruyucu kremlər də vardır ki, onlardan istifadə etmək faydalıdır.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib