ADHTİ-nin doktorant və dissertantları üçün maarifləndirici vebinar keçirilib
13.07.2020 13:42

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna (ADHTİ) 2020-ci ildə qəbul olunmuş doktorant və dissertantlar üçün maarifləndirici vebinar keçirilib.

 

Aztibb.az xəbər verir ki, şuranın elmi katibi, Azərbaycan Tibb Universitetinin (ATU) II Cərrahi xəstəliklər kafedrasının dosenti, t.e.d. Rasim Cəfərlinin moderatorluğu ilə keçirilən onlayn tədbirdə fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə təhsil alan doktorant və dissertantlara tədqiqat işlərinin hazırlanması, mövzuların seçilməsi, annotasiyaların tərtibatı barədə məlumat verilib.

 

İclasda qeyd olunub ki, doktorant və dissertantlar tibb üzrə müəyyən edilmiş prioritet istiqamətlər, annotasiyaların yazılma qaydalarını əks etdirən nümunələr, eləcə də aktual mövzulara dair müvafiq metodik vəsaitlərlə AMEA-nın rəsmi veb-saytı vasitəsilə tanış ola bilərlər.


Müzakirələrdə ATU-nun I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Nuru Bayramov, tibb elmlər doktoru, dosent Rasim Cəfərli və digərləri iştirak edərək doktorantlara müvafiq tövsiyələr verib, onların suallarını cavablandırıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır