Təbii vitaminlərlə bol olan quşarmudu bitkisinin FAYDALARI
26.06.2021 11:21

Adi quşarmudu (Sorbus L.) və ya üvəz eyniadlı cinsin növüdür. Çoxçiçəkli kol bitkisi olub, qalxan çiçək qrupunda formalaşmışdır. Kasacığı 5, ləçəkləri 5, erkəkcikləri 15-25 ədəd olmaqla 3, nadir hallarda 2-5 sütuncuqdan ibarətdir. Yarpaqları sadə və ya lələkvaridir. Azərbaycanda 11 növü yayılmışdır.

 

Aztibb.az xəbər verir ki, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun İnnovasiya və elmi-istehsalat şöbəsinin rəhbəri, biologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Ələkbərov "Təbii vitaminlərlə bol olan quşarmudu bitkisinin faydaları" adlı məqalədə bu barədə danışıb.

 

Botaniki xarakteristikası: Hündürlüyü 4-6 m olan kol bitkisi olub, qabığı kükürdü-sarı və hamardır. Yarpaqları növbəli, tək, 4-7 uzunsov və ya uzunsov-neştərşəkilli, aşağı hissəsi bütövkənarlı, yuxarı hissəsi tutqun-yaşıl, dişcikli olmaqla, yarpaqlarının aşağı kənarları boz-yaşıldır. Çiçəkqrupları sıx qalxanvari olub, diametri 10 sm-ə bərabərdir.

 

Azərbaycanda Naxçıvanın dağlıq ərazilərində yayılmışdır.

 

Qərbi Avropa, Türkiyə, Şimali-Qərbi İran, Şimali Afrika,  Krım və Qafqaz coğrafi elementlərinə daxildir. Meşə, meşə-çöl və dağ-meşə zonalarında yaşayır.

 

Meyvələri sentyabr-oktyabr aylarında yetişir və toplanılır. Meyvələri kağız və ya altlıq-döşənəcək yerlərdə sərilməli, yaxşı hava dəyişilən yerlərdə 60-80оС temperaturda qurudulur. Xarici göstəricilərinə gəlincə çiçəkləri özünəməxsus acı badam iyi verən, diametri 8 -15 sm, kasacığı beşbölümlü, tükcüklü, kənarları dişcikli və ya kirpikcikli, sərbəst ləçəkli olmaqla, beş dairəvi ağ ləçəklərdən ibarətdir. Çiçəkləri qırmızımtıl-narıncı, qonur-qırmızı və narıncı rənglidir. Zəif iyli, turş-acı dada malikdir. Meyvəsi şirəli, açıq çəhrayı-qırmızı və ya sarımtıl - çəhrayı rəngli olub, diametri 8-10 mm-ə bərabərdir.

 

Kimyəvi tərkibi: Tərkibində acı və aşı maddələri, şəkər (qlükoza 2,3-3,7%, fruktoza 3,2-4,3%, saxaroza 0,7-4,3%), bolluca vitaminlər, efir yağı, üzvü türşular (alma, limon və çaxır), karotin (18%), C vitamini (40-200 mq%) və P  vitaminindən ibarətdir. Havası dəyişilən quru yerlərdə saxlanılmalı və qablaşdırılmalıdır.  Saxlanılma müddəti 2 ildir. Tərkibində çoxlu miqdarda polivitaminlər vardır.

 

İstifadəsi və qəbul qaydası: Təzə meyvələrinin şirəsi və bişirməsi mədə-bağırsaq dizenteriya, sinqa, avitaminoz, səkərli diabet, babasil xəstəliklərində, maye ekstraktı isə yumşaldıcı və qanyaradıcı dərman kimi istifadə edilir. Dəmləməsi isə tərqovucu və iştahartırıcı xüsusiyyətə malikdir. 120q püresinə azacıq su əlavə edərək, zəif od üzərində qızdıraraq, bərabər miqdarda şəkər əlavə edərək qarışığı 200 ml qırmızı çaxırla qarışdırmaqla anemiya xəstəliyində istifadə etmək mümkündür.

 

Xalq təbabəti: Rus təbabətində meyvələrindən sinqanın müalicəsində istifadə edilir. Mədə xəstəliklərində tətbiq etmək məqsədəuyğundur. Bir xörək qaşığı meyvəsini 250 ml qaynar suda 8-10 dəqiqə qapalı qabda dəmləmək lazımdır. İshal zamanı gündə 2 dəfə hər dəfə bir fincan qəbul edilməlidir. Bəzən qəbizliyə meyillik halları yaradır.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev