Həşərat sancması təhlükəsi ­– Özünüzü qoruyun!
23.06.2021 17:19

Yaz-yay aylarında həşərat sancması ən çox rastlanan şikayətlərdən biridir. Gənə, arı və əqrəb sancmaları həyati təhlükə yarada bilir, ağcaqanadların isə virus və xəstəlikləri yayma riski vardır.

 

Aztibb.az xəbər verir ki, həşərat sancmaları zamanı görülən ən ümumi simptomlar dişlənmiş bölgədə qaşınma, ağrı və şişkinlik, dərinin rənginin solması, dişlənmiş bölgədə qızartı, su və ya irin yığılması, qarın ağrısı, qusma, ürək bulanması, ishal, nəfəs almada çətinlik, sinədə sıxılma hissi, xırıltı və dilin şişməsi kimi əlamətlərdir.

 

Böcək sancmaları zəhərli böcəklərin iynələri vasitəsi ilə zəhəri dəriyə yeritməsi ilə baş verir. Nəticədə qızarmış və şişmiş hissə çox ağrılı olur.

 

Ciddi allergik xüsusiyyətləri olanlar həşəratların sıx olduğu yerlərdən uzaq durmalı, qoruyucu dərman vasitələrini yanlarında saxlamalı və sancma halı baş verərsə dərhal bu dərmanları qəbul etməlidirlər. Hətta təcili müdaxilə edilmədiyi təqdirdə bu vəziyyət ölümcül də ola bilər.

 

Adətən müalicə zamanı xəstəyə kortizon dərmanlar və adrenalin verilir.

 

Arı, əqrəb, yaxud ilan sancmalarında ilk yardım olaraq buz qoyulması məsləhətdir. Dəniz canlılarının sancması və ya dişləməsi zamanı isə əksinə yaralı bölgəyə isti məhlul tətbiq edilməsi lazımdır.

 

Bundan başqa, bitki mənşəli məlhəmlər də sancmalar zamanı ağrını sakıtləşdirib qaşınmanın qarşısını ala bilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır