Qanda bilirubinin artması nəticəsində əmələ gələn - Sarılıq xəstəliyi
23.06.2021 10:29

Sarılıq qanda bilirubinin artması nəticəsində əmələ gələn sindromdur.


Aztibb.az Salyan rayon Mərkəzi Xəstəxanasının məlumatına istinadla xəbər verir ki, sarılığın  aşağıdakı əlamətləri ola bilər:

 

-dərinin saralması;

-selikli qişaların saralması;

-gözün sklerasının saralması;

-qan serumunun sarı rəngə boyanması.

 

Adətən qanda bilirubinin miqdarı 34,2 mkmol/l-dən artıq olduqda dəri örtükləri və selikli qişalar saralır. Sarılığın 3 növü ayırd edilir:

- mexaniki;
-parenximtoz;
- hemolitik.

Mexaniki sarılıq ödün qaraciyərdn ifraz edilməsinin çətinləşməsi nəticəsində əmələ gəlir. Öd yollarında durğunluq əmələ gətirən amillər mexaniki sarılığın əmələ gəlməsinə səbəb olur. Bu səbəblərə qaraciyər axacağının və ümumi öd axacağının daş, parazit və ya şişlə tutulması, ətraf toxumalarda əmələ gələn şişlərin axarları tutması və s. misal göstərmək olar. Öd yolları tam tutulduqda isə öd bağırsaqlara daxil ola bilmir və axaliya baş verir. Mexaniki sarılıq zamanı qanda bilirubinin miqdarı artır. Bu zaman sidikdə də bilirubin aşkar edilir.

 

Parenximatoz sarılıq qaraciyər hüceyrələrinin bilirubini tutmaq, onu qlikogen turşusu ilə birləşdirmək və öd kapillyarlarına ifraz etmək qabiliyyətinin ayrı-ayrı və qarışıq şəkildə pozulmasıdır. Parenximatoz sarılıq zamanı qanda sərbəst bilirubinin miqdarı artır. Bu zaman qaraciyər hüceyrələri bir növ nekroza uğrayır. Parenximatoz sarılıq qaraciyərin iltihabi xəstəlikləri zamanı baş verir.

 

Hemolitik sarılıq zamanı sidikdə bilirubin olmur.

 

Sarılığın müxtəlif növlərində dərinin rəngi bir-birindən fərqlənir. İnsanın dərisi parenximotoz sarılıq zamanı limonu sarı, mexaniki sarılıq zamanı isə yaşıl və ya tünd zeytunu rəngdə olur. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev