Hovuzlar və dənizlər yoluxucu göz infeksiyasının mənbəyidir – DİQQƏT!
23.06.2021 17:17

Açıq havada olan hovuz suyunda günəş istiliyinin təsiri ilə bakteriyalar və göbələklər yayılmağa başlayır ki, bu da insan sağlamlığı üçün təhlükəlidir.

 

Aztibb.az xəbər verir ki, bakteriya və virusların gözdə qızartı yarada biləcəyini bildirən mütəxəssislər xüsusilə hovuzların böyük bir risk daşıdığını vurğulayırlar. Ciddi infeksiyalara və gözdə keratit problemlərinə səbəb ola biləcək epidemik infeksiyalar adenovirus infeksiyası dediyimiz virusların yaratdığı göz problemləridir. Bu virusu daşıyan insanların gözlərindəki və tənəffüs yollarındakı selik xəstəliyin yayılmasına səbəb olur.

 

Adenovirus konyunktiviti olan xəstələrin çirklənmiş göldə, bulanıq dənizdə, hovuzda çiməmələri məsləhətdir. Bu xəstəlik adenoviruslar tərəfindən törədilən gözün selikli qişasının kəskin infeksion zədələnməsidir.

 

Bu xəstəliyin simptomları gözdə qızartı, sancma, sulanma, qaşınma, limfa düyünlərinin şişməsi və s. hallardır. Xəstəlik yüksək temperatur və nazofaringitlə də təzahür edir.

 

Əgər ümumi hovuzlardan istifadə edilirsə, üzgüçülük eynəkləri taxılmalı, hovuzda gözlər açılmamalı, linzalardan istifadə edildiyi təqdirdə isə hovuza linzalarla girməməlidir. Dezinfeksiya edilməmiş hovuz suyundan gözlərə bakteriya, virus və ya parazit tez yoluxa bilir. Bundan başqa, hovuzdakı təhlükə yalnız təmizlənməmiş su deyil. Dezinfeksiya üçün suya həddən artıq xlor və müxtəlif dərman vasitələrinin vurulması da gözlərə zərər verə bilər.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib