Ağstafada şəhid ailələri və qazilər üçün növbəti tibbi yardım aksiyası təşkil olunub 
19.06.2021 17:57

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü və “EGIS Pharmaceuticals PLC” şirkətinin dəstəyi ilə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilərimiz üçün növbəti tibbi yardım aksiyası Ağstafada təşkil olunub.

 

Aztibb.az-ın məlumatına görə, Ombudsman Aparatından bildirilib ki, Ağstafa Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiya çərçivəsində pulsuz tibbi xidmətlərin göstərilməsində kardioloq, nevropatoloq, endokrinoloq, ginekoloq, pediatr, psixiatr mütəxəssislər iştirak ediblər. Həkim və mütəxəssislər tərəfindən Vətən müharibəsi nəticəsində müxtəlif növ travmalar almış, doğmalarını itirmiş şəxslərə lazımi tibbi və psixoloji yardım göstərilib.

 

Qeyd edək ki, layihə çərçivəsində bundan öncəki tibbi yardım aksiyası Tərtərdə təşkil edilmişdi.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir