Ağstafada "Şəhid ailələri və qazilərin tibbi müayinəsi", “Sünnət xeyriyyə aksiyası!” həyata keçirilir (FOTO)
17.06.2021 17:01

Məlum olduğu kimi, əhalinin sağlamlığını düşünərək çox sayda səmərəli sosial tədbirlərin müəllifi olan TƏBİB tərəfindən COVID-19 pandemiyası zamanı virusa yoluxmuş xəstələrə və tibb işçilərinə, eləcə də Vətən müharibəsi dövründə müharibə iştirakçılarına və terrorun fəsadlarından zərər görmüş mülki əhaliyə daim diqqət və qayğının, tibbi-psixoloji dəstəyin təşkil edilməsi sahəsində işlər görülür.

 

Aztibb.az xəbər verir ki, bu kimi sosial layihələrdən biri də TƏBİB-in tabeliyində fəaliyyət göstərən Ağstafa rayon Mərkəzi Xəstəxanasının (RMX) direktoru İlham Sofuyevin təşəbbüsü və Səhiyyə İşçiləri Həmkarlar İttifaqının Ağstafa rayon Komitəsinin dəstəyi ilə 16-17 iyun 2021-ci il tarixlərində Ağstafa RMX-də keçirilir.

 

2 günlük "Şəhid ailələrinin və qazilərin tibbi müayinəsi" və “Sünnət xeyriyyə aksiyası!” zamanı vətənimizin müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərin, yaralanmış qazilərin və eyni zamanda, rayondan olan aztəminatlı ailələrin övladarı təmənnasız sünnət olunur, tibbi müayinələrdən keçirlər.

 

Qeyd edək ki, sünnət təcrübəli cərrahlar tərəfindən sanitar-gigiyenik qaydalara əməl olunmaqla aparılır. Sünnət olunmuş uşaqlar tam sağalanadək həkimlər tərəfindən nəzarət altında saxlanılır. 

 

Aksiya iştirakçılarına Səhiyyə İşçiləri Həmkarlar İttifaqının Ağstafa rayon komitəsi tərəfindən hədiyyələr paylanılır.

 

2 günlük aksiya müddətində xeyli sayda qazi müayinədən keçib, 80 nəfərə yaxın uşaq sünnət olunub.

 

Qeyd edək ki, gələcəkdə bu kimi xeyriyyə məqsədli layihələrin davamlı olması planlaşdırılır. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir