İki ailənin övladlarının müalicə xərclərini qarşılamaq üçün xeyriyyə yarmarkası keçiriləcək
16.06.2021 17:47

“Nargis” fondu iki ailənin talassemiya və xərçəngdən əziyyət çəkən övladlarının müalicə xərclərini qarşılamaq üçün xeyriyyə yarmarkası təşkil edəcək.

 

Aztibb.az xəbər verir ki, fonddan bildirilib ki, xeyriyyə yarmarkası iyunun 19-da keçiriləcək.

 

Məlumata əsasən, Əsmər Əlizadənin 13 yaşı var və 13 ildir ki, talassemiya ilə mübarizə aparır. Anası Əsməri və qardaşını tək böyüdür. Əsmərin yaşaması üçün daim bahalı dərmanlar qəbul etməsi və ildə bir neçə dəfə müayinələrdən keçməsi tələb olunur.

 

Fərman Qocayevin isə 6 yaşı var. Fərmanın ailəsi Qazaxda yaşayır, anası evdar qadın, atası ikinci qrup əlildir. Bir müddət öncə Fərmana sümük xərçəngi diaqnozu qoyulub. Bir neçə kimyaterapiya kursu keçdikdən sonra həkimlər tərəfindən Fərmanın ayağının amputasiya olunacağı deyilib. Lakin Türkiyədə həyata keçirilən yeni bir terapiya növünü alacağı təqdirdə buna ehtiyac qalmayacaq!

 

Hər iki ailəyə övladlarının sağalması üçün tələb olunan yüksək məbləğin qarşılanması mümkün olmadığı üçün “Nargis” fondu Əsmər və Fərman üçün xeyriyyə yarmarkası təşkil edəcək. Yarmarkadan əldə olunan bütün gəlir hər iki uşağın müalicə xərclərinin qarşılanmasına yönələcək.

 

“Əziz dostlar, hər birinizi bu şənbə günü, Landmark III Rotunda hall ünvanında gözləyirik! Səhər 09:00-dan 16:00-dək qapılarımız hər kəsə açıqdır. Xeyriyyə yarmarkamıza gəlməklə, siz həm şənbə gününü maraqlı keçirəcək, həm də iki uşağın xilas edilməsinə öz töhfənizi verəcəksiniz. Sizi hər yaşa və hər zövqə uyğun maraqlı proqram gözləyir. Övladlarınızı, dostlarınızı, valideynlərinizi, həmkarlarınızı götürün və bizə qoşulun,”- deyə fonddan bildiriblər.

 

Əsmər və Fərmanı birlikdə xilas edək!

 

Əlavə məlumat və təkliflər üçün (99412) 404 23 03, (99412) 404 23 13 telefon nömrələri və ya “Nargis” fondunun sosial şəbəkə hesabları vasitəsilə əlaqə saxlamağınız xahiş olunur.

 

Facebook: https://www.facebook.com/NARGIS-FUND-168664393481603/

 

Instagram: https://www.instagram.com/nargis_fund/

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar