Uşaqlarda susuzluğun səbəb olduğu xəstəliklər – DİQQƏT!
11.06.2021 07:43

Uşaqların kifayət qədər su içməsinə dair ən sadə göstərici gündə 4-7 dəfə açıq sarı rəngdə sidik ifraz etmələridir. Az su içən uşaqlarda infeksiya, daş və böyrək çatışmazlığı ola bilər.

 

Aztibb.az xəbər verir ki, uşaqların bədənində suyun miqdarı kilo başına hesablanaraq təyin olunur. Məsələn, 20 kq-lıq uşağın gündəlik su ehtiyacı 1500 ml, 30 kq çəkidə uşağınkı isə gündə 1700 ml-dir.

 

Erkən yaşlarda böyümə sürəti yüksək olduğundan suya olan ehtiyac daha da yüksəkdir. Kifayət qədər su içməyin bədəndə şəkər və amin turşuları kimi molekulların əriməsi və hüceyrələrə daşınması, toksinlərin təmizlənməsi, hüceyrələrin yenilənməsi kimi bir çox vacib məsələdə həyati rolu vardır. Bundan əlavə, bədən istiliyini müəyyən aralıqda saxlamaq və immunitet sisteminin güclü olması üçün bol su içmək gərəklidir. Kifayət qədər su içməmək uşaqlarda böyüməyə, immunitet sisteminə, böyrək, ürək funksiyalarına və bir çox digər orqanların inkişafına mənfi təsir göstərə bilər.

 

Qədərincə su qəbul etmədikdə böyrəkdə bəzi kristallar sıxlaşır və daş əmələ gəlməsinə meyllənir. Bədəndə duz, kalsium və sidik turşusu kimi maddələrin lazım olduğundan artıq olması böyrəkdə daşlaşma ilə nəticələnə bilər. Hətta daş artıq inkişaf etmişdirsə, daşın böyüməsinin qarşısını almaq üçün yenə də çox maye qəbul etmək faydalıdır.  

 

Kifayət qədər su içməklə qan dövranında lazımsız və zərərli (zəhərli) maddələri gün ərzində böyrəklər dəfələrlə təmizləyir. Böyrəklər uşaqlarda susuzluqdan və ya az su qəbulundan ən çox təsirlənən orqanlardandır. Xüsusilə bu vəziyyət uzun müddət davam edərsə, böyrək funksiyaları zəifləyir və çatışmazlıq yaranır.

 

Böyrək çatışmazlığı inkişaf edən uşaqlarda bunun yaxşılaşması günlər, həftələr və bəzən aylarla çəkə bilər. Ən pis hal isə böyrəyin qalıcı zədələnməsidir. Bəzən bu vəziyyət o qədər pisləşir ki, böyrək nəqli və ya diyaliz tələb olunur.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib