ÜST: Pandemiyanın indiki vəziyyətində müsbət irəliləyiş var
10.06.2021 13:40

Dünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesusun pandemiyanın indiki vəziyyətində müsbət irəliləyişlərin olduğunu, xəstəlik və ölüm sayının son həftələrdə azaldığını açıqlayıb.

 

Aztibb.az xəbər verir ki, təşkilatın Cenevrədəki qərargahında təşkil edilən mətbuat konfransında koronavirus peyvəndlərinin dünya miqyasında ədalətsiz paylanması məsələsinə də diqqət çəkilib.

 

Baş direktor pandemiyanın bir çox ölkədə təhlükəli bir vəziyyətə gəldiyini, əhalisinin böyük bir qismi peyvənd olunan ölkələrdə isə məhdudiyyətlərin qaldırılması istiqamətində addımlar atıldığını söyləyib.

 

Təşkilat  rəsmisi peyvəndlərin qeyri-bərabər paylanmasının virusun yayılma riskini artırdığını da vurğulayıb.

 

“Müsbət tendensiyaya baxmayaraq, hələ də dünyada qarışıq bir mənzərə görürük. Peyvəndləmə tətbiqində irəliləyişlərlə yanaşı, keçən həftə ÜST-ə bildirilən məlumata görə Afrika, Amerika və Sakit Okeanın qərb bölgələrində ölüm sayının artdığı bildirilib. Hədəfə çatmaq üçün peyvəndləmə daha geniş miqyasda həyata keçirilməlidir”, ­ – deyə təşkilat  rəsmisi qeyd edib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır