Avropada gənclər arasında koronavirusa yoluxma halları artır
29.07.2020 18:29

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropada gənclər arasında koronavirusa yoluxma hallarının artması barədə xəbərdarlıq edib.

 

Aztibb.az BBC telekanalına istinadla xəbər verir ki, bu barədə ÜST-ün Avropa üzrə regional direktoru Hans Klüqe deyib.

 

“Biz gənclər arasında yeni yoluxma hallarının çoxalması ilə bağlı bir neçə səhiyyə orqanından məlumat alırıq”, - deyə H.Klüqe bildirib. “İki qız atası olaraq gənclərin yay mövsümünü əldən buraxmamaq istəyini başa düşürəm. Lakin onlar özləri, valideynləri, nənə və babaları, ictimaiyyət qarşısında məsuliyyət daşıyırlar. İndi biz sağlam tərzdə davranış qaydalarını bilirik və bundan istifadə etməliyik”, – deyə ÜST nümayəndəsi əlavə edib.

 

H.Klüqe gənclər arasında xəstəliyin artmasının bütün qitədə infeksiyanın yayılma dalğasının güclənməsi səbəbindən baş verdiyini istisna etmir. Onun sözlərinə görə, bu səbəbdən hakimiyyət orqanları yoluxma riskinin azaldılması qaydalarına riayət edilməsinin vacibliyini izah etmək üçün cəmiyyətin gənc üzvləri ilə yaxşı ünsiyyət qurmalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır