ÜST: Afrika pandemiyanın yeni mərkəzi ola bilər
30.05.2021 15:22

ÜST səhiyyə sistemi zəif və əhalisinin əksəriyyəti yoxsul olan Afrikanın təhlükədə olduğunu bildirib. Təşkilat Afrikanın yeni pandemiya mərkəzi ola biləcəyi xəbərdarlığını əvvələr də edib.

 

Aztibb.az xəbər veir ki, BMT rəsmilərinin bəyanatına əsasən pandemiya səbəbindən Afrikada ən az 300.000 insan həyatını itirəcək.

 

Həyat səviyyəsinin onsuz da aşağı olduğu Afrikada pandemiyaya görə 30 milyon insanın yoxsulluğa düçar olacağı proqnozlaşdırılır.

 

Bu həftənin göstəricilərinə görə yoluxma sayı 4 milyon 850 mini keçib.

 

Qitədə ən çox xəstəlik Cənubi Afrika Respublikası, Mərakeş, Tunis, Efiopiya, Misir və Liviyada təsbit edilib. Virusdan ən çox ölüm Cənubi Afrika Respublikası, Misir və Tunisdə qeydə alınıb.

 

1,3 milyard əhalisi olan Afrikada bu günə qədər virusa qarşı təxminən 30,8 milyon doza peyvənd edilib.

 

ÜST qitə əhalisinin üçdə birindən çoxunun təmiz su çatışmazlığı problemi yaşadığını, antisanitar vəziyyət səbəbindən yoluxmanın şəhərlərdən bölgələrə sürətlə yayıldığını bildirir. Həmçinin, qitənin böyük şəhərlərində əhalinin 60% - nin sıxlıqlıqla gecəqondularda yaşaması xəstəliyin yoluxmasını artırır.

 

Qeyd edək ki, ÜST həftəlik epidemioloji bülletenində SARS-CoV-2 virusunun narahatlıq doğuran dörd variantından biri kimi “Cənubi Afrika ştammı”nın adını açıqlayıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır