ÜST Avropa ölkələrini Çinin peyvəndlərini tanımağa çağırdı - AÇIQLAMA
02.07.2021 14:09

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sərhədlərini səyahətçilərə açan ölkələri təşkilatın təcili istifadəyə icazə verdiyi bütün COVID-19 peyvəndlərini tanımağa çağırdı.

 

Aztibb.az xəbər verir ki, bu açıqlama Qərb ölkələrini BMT-nin səhiyyə təşkilatı tərəfindən lisenziyalı, lakin əksər Avropa və Şimali Amerika ölkələrində istifadə olunmayan iki Çin peyvəndi olan “SinoVac” və “SinoPharm”ı qəbul etməyə məcbur edə bilər.

 

Bununla ÜST “Pfizer-BioNTech”, “Moderna”, “AstraZeneca” və “Johnson & Johnson” tərəfindən istehsal olunan peyvəndlərə də yaşıl işıq yandırdı.

 

Avropa Birliyinin əlaqədar qururmu hazırda Çinin “Sinovac” peyvəndinin lisenziyalaşdırılmasını müzakirə edir, lakin qərarın nə vaxt veriləcəyi məlum deyil.

 

Qurum “AstraZeneca”nın Hindistan istehsalı olan peyvəndi də tanımır. Bu siyasət də inkişaf etməkdə olan ölkələrin vətəndaşlarının səyahətini məhdudlaşdırmaq kimi qiymətləndirirlir.

 

ÜST belə qərarların təhlükəsiz və təsirli olduğu sübut edilmiş həyat qurtaran peyvəndlərə olan inamı zəiflətdiyini bildirib.

 

İlin əvvəli isə Çinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi yerli peyvəndlərin effektivliyinin aşağı olduğunu etiraf edib. İki Çin peyvəndindən milyonlarla doza istifadə edən bir çox ölkədə peyvəndlərdən sonra COVID-19-a yoluxmada artım müşahidə olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır