MDB-də milli elektron səhiyyə sistemlərinin inteqrasiyası işləri davam edir
09.06.2021 12:46

İyunun 8-də MDB-yə üzv olan dövlətlərin nümayəndələri işçi qrupun iclasında MDB-də milli elektron səhiyyə sistemlərinin inteqrasiyası məsələlərini müzakirə ediblər.

 

Videorabitə konfransı rejimində keçirilən iclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan və Özbəkistanın, habelə ÜST-ün Avropa Regional Bürosunun, MDB Parlamentlərarası Assambleyasının, Dövlətlərarası Statistika Komitəsinin, Rabitə sahəsində regional birliyin icraiyyə komitəsinin və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.

 

Aztibb.az xəbər verir ki, MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ekspertlər Birlik iştirakçısı olan ölkələrin səhiyyə sistemində normativ-sorğu informasiyasının idarə edilməsi və istifadəsi ilə bağlı məsələləri müzakirə ediblər. Rusiya tərəfin nümayəndələri Federal Normativ Sorğu İnformasiyası Reyestrinin reqlament xidmətinin yaradılması təcrübəsini bölüşüblər.

 

İclas iştirakçıları Avropa regionunda elektron səhiyyənin inkişafı təcrübəsindən istifadə etməyin mümkünlüyünü vurğulayıb, MDB ölkələrində səhiyyəyə dair statistik göstəricilərin formalaşması qaydası barədə məlumatı nəzərə alıblar.

 

İşçi qrupun növbəti iclasının iyul ayında onlayn rejimdə keçirilməsi nəzərdə tutulur.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır