Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə bağlı forum keçirilib
09.06.2021 10:58

Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyi ilə Gənclərin Töhfəsi İctimai Birliyi “7 iyun - Ümumdünya Qida Təhlükəsizliyi Günü” mövzusunda forum keçirib.

 

Forumun təşkilatçısı Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova günün əhəmiyyətini vurğulayaraq, sağlam həyat tərzi və düzgün qidalanma, qida təhlükəsizliyinin əhəmiyyətindən danışıb.

 

Daha sonra "Gənclərin Töhfəsi" İctimai Birliyinin sədri, sağlam qida təbliğatçısı Asim Vəliyev, Türkiyə Sağlamlıq və Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Kamal Özər, həkim-psixoterapevt Əli Nağıyev, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov, Sakarya Universitetinin müəllimi Ahmet Tutar, qida texnoloqu Ağa Salamov, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Elsevər Fərzəliyev, həkim-dietoloq Leyla Zülfüqarlı, AQTA-nın əməkdaşı Seymur Qafarov, baytar, qida eksperti Şaiq Teyyubov, fitnes üzrə məşqçi Vurğun Mütəllimov mövzu ilə bağlı çıxış edərək Qida Təhlükəsizliyi Hərəkatının fəaliyyətini yüksək qiymətləndiriblər.

 

Qeyd edək ki, Qida Təhlükəsizliyi Hərəkatı 2016-cı il tarixindən Məhsəti Hüseynova və Asim Vəliyevin rəhbərliyi ilə təsis edilib və qida təhlükəsizliyi, düzgün qidalanma, sağlam həyat tərzinin təbliği mövzusunda çoxsaylı tədbirləri həyata keçirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub