Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib  
21.10.2026 11:08
Mərkəzi Neftçilər Xəstəxanasında “YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışından irəli gələn vəzifələr” mövzusunda tədbir keçirilib.
 
Bu barədə Aztibb.az-a Mərkəzi Neftçilər Xəstəxanasından məlumat verilib.
 
Bildirilib ki, xəstəxana rəhbərliyinin və tibb heyətinin iştirakı ilə keçirilən tədbirdə Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər, qarşıya qoyulan vəzifələr və onların əhəmiyyəti müzakirə olunub.
Tədbiri giriş sözü ilə açan ərazi partiya təşkilatının sədri, Mərkəzi Neftçilər Xəstəxanasının direktorunun cərrahiyyə xidmətləri üzrə müavini Hikmət Nağıyev mövzunun aktuallığını vurğulayaraq qurultayda müəyyən edilmiş prioritetlərin əhəmiyyətindən danışıb.
 
Daha sonra çıxış edən Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Zaur Xəlilov ölkənin inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətinin və qarşıda duran strateji vəzifələrin əhəmiyyətini qeyd edib.
 
Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev çıxışında VIII Qurultayın siyasi əhəmiyyətindən və Prezident İlham Əliyevin qurultaydakı çıxışında toxunduğu əsas məsələlərdən bəhs edib.
 
Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır