Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 08:03
Oktyabrın 16-da Respublika Klinik Xəstəxanasının ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.
Aztibb.az xəbər verir ki, tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov, YAP Yasamal rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilatının üzvləri və xəstəxananın həkim kollektivi iştirak edib.
Müşavirə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edən xəstəxananın direktoru Elviz Qasımov ölkəmizin sosial-iqtisadi inkişafında və səhiyyə sisteminin təkmilləşdirilməsində Yeni Azərbaycan Partiyasının rolunu qeyd edib. O, tibb müəssisələrində dövlətçilik prinsiplərinin təbliği, kollektivin ictimai-siyasi fəallığı və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görülən işlərdən danışıb.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn əsas prioritetlər və qarşıda duran vəzifələr barədə məlumat verib. O, partiyanın ölkənin siyasi sabitliyinin, sosial-iqtisadi inkişafının və dövlət müstəqilliyinin möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıb.
Tədbirdə çıxış edən xəstəxananın cərrahi xidmətlər üzrə direktor müavini Sahib Hüseynov, terapevtik xidmətlər üzrə direktor müavini Mina Adıgözəlova və şöbə müdiri, ərazi partiya təşkilatının sədr müavini Naidə İbadova təşkilatın fəaliyyəti, kollektivdə aparılan maarifləndirmə işləri barədə fikirlərini bölüşüblər.
Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və xatirə şəkli çəkdirilib.
Bu bölməyə aid digər xəbərlər
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
Qırğızıstan Prezidentinin İşlər İdarəsinin Klinik Xəstəxanası ilə Mərkəzi Klinika arasında Əməkdaşlıq Memorandumu imzalanıb
16.10.2026 | 13:16
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda xroniki ağrılarda fizioterapiyanın roluna dair seminar keçirilib
16.10.2026 | 12:18
Zərifə xanım Əliyevaya həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıb
16.10.2026 | 11:15
Rəşad Mahmudov beynəlxalq tibb konqresində elmi məruzə ilə çıxış edib
16.10.2026 | 10:11
Sistem qırmızı qurdeşənəyinin müasir diaqnostika və müalicəsi müzakirə olunub
15.10.2026 | 13:13
ÇOX OXUNANLAR
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
15.10.2026 | 09:50
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda xroniki ağrılarda fizioterapiyanın roluna dair seminar keçirilib
16.10.2026 | 12:18
16 Oktyabr Ümumdünya Qida Günüdür - Sağlam gələcək və davamlı resurslar üçün nə etməliyik?
16.10.2026 | 11:16
Alimlər dərmanların təsir göstərmədiyi təhlükəli göbələk ştamı aşkarlayıblar
15.10.2026 | 11:37
Zərifə xanım Əliyevaya həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıb
16.10.2026 | 11:15
Dərmanların sınağında insan bağırsağını təqlid edən yeni texnologiya
15.10.2026 | 12:15
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
10.10.2026 | 13:06
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
10.10.2026 | 11:27

