Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 10:08
16 oktyabr 2026-cı il tarixində Mərkəzi Klinikada 2026-cı ildə rezidentura təhsilinə qəbul olunmuş həkim-rezidentlərlə görüş təşkil edilib.
 
Aztibb.az xəbər verir ki, görüşdə Mərkəzi Klinikanın baş direktoru Həsən Qəndilov, direktor müavinləri Ceyhun Topçubaşov və Nikbin Yusifov, Baş həkim professor Kamran Musayev, Personal və ümumi işlər şöbəsinin müdiri Anar Bəhramov, Elm-təhsil bölməsinin məsul şəxsi Sevinc Abbasova, eləcə də yeni qəbul olunmuş həkim-rezidentlər iştirak ediblər.
 
Tədbiri giriş sözü ilə açan Mərkəzi Klinikanın baş direktoru Həsən Qəndilov rezidentura təhsilinə qəbul olunan gənc həkimləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, rezidentlərin peşəkar inkişafı, müasir tibbi bilik və praktik bacarıqlara yiyələnməsi, həkim-mütəxəssis kimi formalaşması istiqamətində klinikada yaradılan şərait və imkanlardan bəhs edib. Eyni zamanda, həkim-rezidentlərin elmi-tədqiqat fəaliyyətinə cəlb olunmasının və davamlı peşəkar inkişafının əhəmiyyətini vurğulayıb.
 
Mərkəzi Klinikanın direktor müavini Ceyhun Topçubaşov çıxışında qeyd edib ki, rezidentura dövrü yalnız tibbi bilik və bacarıqların təkmilləşdirilməsi ilə məhdudlaşmır, həmçinin həkimin şəxsi və mənəvi keyfiyyətlərinin formalaşmasında mühüm rol oynayır. O, gələcək həkim-mütəxəssislərin fəaliyyətində humanist yanaşmanın, tibbi deontologiya prinsiplərinə riayət olunmasının, etik davranışın və pasiyentlərə həssas münasibətin vacibliyini diqqətə çatdırıb.
 
Daha sonra Elm-təhsil bölməsinin məsul şəxsi Sevinc Abbasova Mərkəzi Klinikada rezidentura təhsilinin təşkili və həkim-rezidentlərin hazırlıq prosesi barədə ətraflı məlumat verib. O bildirib ki, bu günədək klinikada hazırlıq keçmiş həkim-rezidentlərdən 100-ə yaxın şəxs Mərkəzi Klinikada işlə təmin olunub. Bununla yanaşı, klinikada rezidentura təhsili almış çoxsaylı həkimlər Türkiyə, Almaniya, İngiltərə və ABŞ da daxil olmaqla, dünyanın müxtəlif ölkələrində uğurla fəaliyyətlərini davam etdirirlər.
 
Sevinc Abbasova, həmçinin 2026-cı ildə 47 həkim-rezidentin yüksək nəticələrlə Mərkəzi Klinikada rezidentura təhsilinə qəbul olunduğunu və 22 nəfərin isə artıq rezidentura proqramını bitirdiklərini diqqətə çatdırıb. O, kardiologiya ixtisası üzrə ən yüksək bal toplamış namizədin də rezidentura təhsili üçün Mərkəzi Klinikanı seçdiyini qeyd edib.
 
Görüş çərçivəsində həkim-rezidentlərin təhsil və praktiki hazırlıq prosesi, elmi-tədqiqat fəaliyyətində iştirakı, eləcə də gələcək peşəkar inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. İştirakçıları maraqlandıran məsələlər müzakirə olunub, rezidentura dövrünün səmərəli təşkili və klinik təcrübənin artırılması ilə bağlı fikirlər səsləndirilib.
 
 
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda xroniki ağrılarda fizioterapiyanın roluna dair seminar keçirilib
16 Oktyabr Ümumdünya Qida Günüdür - Sağlam gələcək və davamlı resurslar üçün nə etməliyik?
Alimlər dərmanların təsir göstərmədiyi təhlükəli göbələk ştamı aşkarlayıblar
       Zərifə xanım Əliyevaya həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıb             
Dərmanların sınağında insan bağırsağını təqlid edən yeni texnologiya  
Sosial medianın görünməyən psixoloji təsirləri
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub