Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib  
23.10.2026 13:11

TƏBİB-in tabeliyindəki Yeni Klinikada Beynəlxalq İnfeksiyaların Profilaktikası və İnfeksion Nəzarət (İPİN) Həftəsi – 2026 çərçivəsində Yeni Klinikada tədbir keçirilib.

Tədbirdə Səhiyyə Nazirliyinin, TƏBİB-in, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri, eləcə də tibb müəssisələrinin İPİN üzrə məsul şəxsləri iştirak ediblər.

 

TƏBİB-dən Aztibb.az-a bildirilib ki, açılış nitqi ilə çıxış edən TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva tibb müəssisələrində İPİN-in əhəmiyyətindən bəhs edərək, bu istiqamətdə görülən işlərin pasiyent və tibbi personalın təhlükəsizliyinin təmin olunmasında, səhiyyə xidmətlərinin keyfiyyətinin artırılmasında və infeksion risklərin minimuma endirilməsində mühüm rol oynadığını vurğulayıb. 

 

Çıxışlar zamanı tibb müəssisələrində infeksion nəzarətin gücləndirilməsi, pasiyent və tibb işçilərinin təhlükəsizliyinin təmin edilməsi, antibiotik rezistentliyinin profilaktikası və beynəlxalq təcrübələrin tətbiqi məsələlərinə toxunulub. Həmçinin məhdud resurslar şəraitində infeksiyaların profilaktikası və nəzarəti, eləcə də tibbi müdaxilələr zamanı infeksion təhlükəsizlik mövzularında təqdimatlar keçirilib.

 

Tədbirin sonunda müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb. 

 

Qeyd edək ki, hər il oktyabr ayının üçüncü həftəsi Beynəlxalq İPİN həftəsi olaraq qeyd edilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır