Azərbaycanla İsrail arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə olunub  
08.06.2021 11:59

Azərbaycan Respublikasının səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Diki qəbul edib. 

 

Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən məlumata görə, görüşdə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsinin yeni perspektivləri müzakirə edilib.

 

Teymur Musayev diqqətə çatdırıb ki, bütün sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də əməkdaşlıq nümunəvidir. İsrail yüksək səviyyəli təhsil və səhiyyə sisteminə malik ölkələrdən biridir: "Bunu əsas tutaraq, səhiyyə sahəsində əməkdaşlıqdan məmnunuq. Eyni zamanda, səhiyyənin daxilində olan digər yüksək texnologiya sahələrində - virusologiya, mikrobiologiya və COVID-19 pandemiyası ilə gündəmə gəlmiş digər istiqamətlərdə əməkdaşlığımız konsturiktivdir”.

 

Görüş zamanı, həmçinin İsrailin əczaçılıq şirkətlərinin Azərbaycanda təmsil olunması məsələsi, eləcə də yüksək keyfiyyətli tibbi avadanlıqlar sənayəsinin Azərbaycanda istifadəsinin müstəsna əhəmiyyət kəsb etdiyi vurğulanıb.

 

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə nazirliklər arasında tibb elmi sahəsində və qlobal pandemiyaya qarşı mübarizə üzrə Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində birbaşa əlaqələrin önəmi qeyd edilib.

 

Görüşdə İsrail Dövlətinin Xarici İşlər Nazirliyinin Asiya və MDB ölkələri ilə iqtisadi əməkdaşlıq departamentinin direktoru Mixael Lotem və İsrail səfirliyinin digər rəsmiləri də iştirak ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub