Okean bizim üçün niyə bu qədər vacibdir?
08.06.2021 11:00

8 İyun - Ümumdünya Okeanlar Günüdür.

 

Bu günü okeanoloqlar 1992-ci ildə BMT-nin Rio-de-Janeyroda keçirilən “Ətraf mühit və inkişaf” konfransında elan ediblər.

 

Aztibb.az əlamətdar gündə okeanların insan sağlamlığında və həyatında rolu ilə bağlı maraqlı faktları izləyicilərinə təqdim edir.

 

Yer səthinin 70,8%-ni okean və dənizlər, 29,2%-ni isə quru təşkil edir. Ümumi su ehtiyatlarının 93,9% okeanların payına düşür.

 

Nəfəs aldığımız oksigenin çoxunu okeanlar istehsal edir.

 

Okeanlar yağış və quraqlığı tənzimləyir.

 

Okean qlobal iqlim nəzarətçisidir. CO2-ni udur, karbon dövranını və buna görə yerdəki istiliyi tarazlıqda saxlayır.

 

İnsanları və heyvanları qidalandıran okean qida zəncirinin əsasını yaratmaqla yanaşı, ətraf-mühit sağlamlığına da təsir edir.

 

Dünya okeanı bioloji ehtiyatlarla çox zəngindir. Okeanlarda yaşayan bütün canlılar insanın həyatında bioloji ehtiyat rolunu oynayır. Burada minlərlə növ balıqlar, digər canlılar, habelə dəniz bitkiləri həddən çoxdur.

 

Dünya okeanının bioehtiyatlarından hələlik yalnız balıq, bəzi dəniz heyvanları, iri fəqərəsizlər, xərçəngə bənzərlər və su bitkilərindən istifadə olunur. Praktiki olaraq okean və dənizlərin bioehtiyatlarının 67%-ni təşkil edən planktonlar istifadə olunmur. Okenlarda yüksək qida keyfıyyətli və insanın sağlamlığında böyük əhəmiyyətə malik molyuskalardan və su yosunlarından dünya miqyasında ərzaq kimi hələ tamamilə az istifadə olunur.

 

Araşdırmalar göstərir ki, okeanın kənarında vaxt keçirməyin sağlamlıq və xoş əhval-ruhiyyə üçün də bir çox müsbət təsiri var.

 

Planetimizin mavi ürəyi görünməmiş təhlükə altındadır

 

Sağlam bir mühit haqqında insanların məlumatlılığı artsa da, okean hazırda diqqət mərkəzində deyil. Dünya okeanının müasir ekoloji vəziyyəti olduqca gərgindir və bunun qarşısını almaq üçün dünya ölkələrinin birgə səy göstərməsi bu gün ən aktual problem olaraq qalır. Okeanın vəziyyəti daha da pisləşəcəyi təqdirdə isə insanların sağlamlığı da risk altında olur.

 

Okeanlar insan fəaliyyəti nəticəsində karbohidrogenlər, xam neft, neft məhsulları, toksiki metallar və radioaktiv maddələrlə çirklənir. Okeana atılmış maddələr ən çox insanların yaşadıqları və işlədikləri yerlərə yaxın toplanır və deməli, okeanların insanlara yaxın olan əraziləri daha çox çirklənir.  Nəticədə müxtəlif xəstəliklər, patoloji hallar yaranır, həm də okean cərəyanlarından əmələ gələn iqlim korlanır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib