Qəhvənin yüksək miqdarda istehlakı korluğa səbəb ola bilər -  YENİ TƏDQİQAT
07.06.2021 16:23

Beynəlxalq tədqiqatın nəticələrinə görə, gündəlik yüksək miqdarda kofein istifadəsi qlaukoma riskini yüksək göz təzyiqinə genetik meyilli insanlar üçün üç dəfə daha çox artıra bilər.

 

Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, İkana Tibbi Məktəbi tərəfindən aparılan tədqiqat qlaukoma zamanı dietik-genetik qarşılıqlı təsiri göstərən dünyada ilk tədqiqatdır.

 

"Ophthalmology" jurnalının iyun buraxılışında dərc edilmiş tədqiqatın nəticələri ailə anamnezində qlaukoma olan pasiyentlərin kofeinin istehlakını azaltmasının faydalı olduğunu sübut edib. 

 

Tədqiqatçılar qrupu Böyük Britaniyada səhiyyənin müxtəlif müəssisələri və hökumət müəssisələri tərəfindən dəstəklənən iri həcmli əhali biotibb məlumat bazası olan "Biobank"dan istifadə edib. Onlar 120 000-dən çox iştirakçının 2006-2010-cu illər arasında olan dövrdəki qeydlərini analiz ediblər.

 

Qlaukoma genetik riskinin ən yüksək balı ilə kateqoriyaya daxil olmuş və gündə 321 milliqramdan çox kofein (təxminən üç fincan qəhvə) istehlak edən iştirakçılarda qlaukomanın əmələ gəlmə tezliyi kofein qəbul etməyən və ya minimal miqdarda qəbul edən, genetik riskin ən aşağı göstəricilərinə malik insanlarla müqayisədə 3,9 dəfə yüksəkdir. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev