Bir sual, bir cavab - Elektron Səhiyyənin xidmətlərindən necə faydalanmaq olar?
29.07.2021 08:24

Elektron Səhiyyənin xidmətlərindən səhiyyə işçiləri və vətəndaşlar necə faydalana bilərlər ?

 

Dövlət Proqramı çərçivəsində yaradılmış mərkəzdə əhaliyə hazırda bir çox elektron xidmətlər göstərilir. Bunlar tibb müəssisələrinə işə qəbulla əlaqədar müraciətlər, tibb mütəxəssislərinin sertifikasiyası, lisenziyaların verilməsi, dərman vasitələrinin dövlət qeydiyyatından keçməsi, xaricdə tibb təhsili almış vətəndaşların işə buraxılması, səhiyyəyə aid hüquqi məsləhətlər, tibb mütəxəssislərinin təkmilləşmə və ixtisas kurslarına göndərilməsi, оrta tibb təhsili haqqında diplomun təsdiq edilməsi,  tibb işçilərinə ixtisas dərəcəsinin, “Əmək veteranı” adının verilməsi və səhiyyəyə aid olan digər məsələlərdir.

 

Eləcə də bir çox tibb müəssisələrində artıq ən-ənəvi hal alaraq xəstələrin müalicəsində individual müalicə taktikalarından istifadə olunur. Bu isə müalicədə hər hansısa bir fəsada, səhvə yol aça bilər. Lakin Elektron Səhiyyə Sistemi xəstəliklərin, nozoloji vahidlərin beynəlxalq təsnifatının işlənilib, yerləşdirilməsi, müalicələrin klinik tibbi protokollara əsaslanaraq  aparılmasını təmin edir. Məqsəd ən son elmi tədqiqatların nəticələrini gündəlik praktikaya tətbiq etmək, tibbi xidmət göstərilməsində yüksək standartlara nail olmaqdır. Klinik protokollar həkimlərə seçim imkanı verir ki, hər hansı klinik situasiyada necə hərəkət etmək lazımdır. Klinik protokollar həm də icbari tibbi sığortaya keçid üçün təməl sənəddir.

 

Vətəndaşları maraqlandıran, ən çox müraciət edilən elektron xidmətlərdən biri  "Dərman vasitələri haqqında məlumatın əldə edilməsidir, daha sonra "Özəl və ya dövlət tibb müəssisəsində anadan olmasından asılı olmayaraq, hər bir doğulan uşağın şəhadətnaməsi eyni informasiya sistemindən əldə olunur və onunla bağlı məlumatlar informasiya sistemində - elektron registrdə qeydiyyata düşür. Elektron registr vasitəsilə yeni doğulan körpəyə verilmiş şəhadətnamənin elektron sürətinin valideyinə verilməsi təmin olunur.

 

Həmçinin, qeydiyyatdan keçən ana tibbi şəhadətnamənin surətini əldə edə, eyni zamanla uşaqla bağlı istənilən məlumata baxa bilər. Bu sənəd itirildiyi zamanda, həmçinin tibbi şəhadətnamənin surətinin əksər yerlərdə tələb olunduğunu da nəzərə alsaq, bunun üçün artıq harasa getməyə ehtiyac yoxdur. Çünki elektron xidmət vasitəsilə bu sənədin surətini indi çox sadə yolla əldə etmək mümkündür.

 

Eləcə də, “Ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna yazılma” elektron xidməti ES portal vasitəsi Bakı şəhəri üzrə uşaq poliklinikalarında tətbiq olunur.

 

Yaxın gələcəkdə də hər bir vətəndaş üçün yaradılması nəzərdə tutulan elektron səhiyyə kartında vətəndaşın hansı diaqnozla müalicə alması barəsində məlumatlar toplanılması, istənilən tibb müəssisəsinə müraciət etdiyi halda vətəndaşa məxsus kod nömrəsini və ya şəxsiyyət vəsiqəsinin nömrəsini sistemə daxil etməklə həmin şəxsin sağlamlığı barədə məlumat əldə etmək mümkün olacağı da nəzərdə tutulur. Bu da imkan verir ki, xəstə özü ilə bağlı yetərincə məlumat verə bilmədiyi halda bu xidmətdən səmərələnməklə bütün xəstəliklərin aparılması, diaqnozun düzgün qoyulması, xəstələrin dispanzerizasiyası, istər cərrahi, istər konservativ müalicəsi, reabilitasiya məsələləri asanlaşdırılacaqdır. Vahid informasiya bazasının olması həmçinin sosial siğorta üçün də mütləq şərtlərdən biridir.

 

Dr. Asiman Həsənov

ÇOX OXUNANLAR
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşı Çində beynəlxalq seminarda iştirak edir
Mərkəzi Gömrük Hospitalının terapevti Mədəniyyət TV-nin “Səhərçağı” proqramına müsahibə verib
 Goranboy RMX-da könüllü qanvermə aksiyası keçirilib
Mərkəzi Klinikanın əməkdaşlarına Fəxri fərmanlar təqdim olunub
 Günay Əhmədova Azərbaycan Radioloqlar Cəmiyyətinin IV Tədris Konfransında məruzə ilə çıxış edib   
Ağdərə rayonu Vəngli kəndində yaşayan sakinlərin səyyar tibbi aksiyası həyata keçirilib
“Gündəlik təcrübədə klinik genetik testlərin inteqrasiyası” mövzusunda multidissiplinar elmi seminar keçirilib
 Professor Rəna Şirəliyeva Respublika Diaqnostika Mərkəzində pasiyentlərin xidmətindədir     
 Kəlbəcərdə axtarış tədbirləri zamanı itkin düşmüş şəhidlərə aid insan qalıqları aşkarlanıb   
Travmatoloq-ortoped Müseyib Əhmədov ayaqqabı seçərkən diqqət edilməli əsas məqamları açıqlayıb
 İsti havalarda günəşdən necə qorunmalıyıq?   
 İSİM-in nümayəndələri
Oğuz rayonunda 220-dən çox uşaq tibbi müayinələrə cəlb olunub
NDU-nun Tibb fakültəsinin tələbələrinin Türkiyədə beynəlxalq klinik təcrübə proqramı uğurla başa çatıb