“Qara kif”ə yoluxma koronavirusdan sağalanlarda rast gəlinir – AÇIQLAMA
07.06.2021 09:48

 

Hazırda “qara kif” xəstəliyi bir çox ölkədə sıx rast gəlindiyi üçün araşdırılır. Xəstəlik tibbdə mukormikoz adı ilə tanınır. 

 

Aztibb.az xəbər verir ki, daha çox Hindistan, Misir, İraq və Meksikada görülən “qara kif” xəstəliyi son həftələr bütün dünyada çaxnaşmaya səbəb olub. Cəmiyyətdə bu xəstəliyin nə olduğu və necə yoluxması ilə bağlı böyük narahatlıq var. 

 

“Qara kif” xəstəliyi nədir, necə ötürülür?

 

“Qara kif” daha çox pandemiya ərəfəsi Hindistanda yayılmağa başladı. Burun, göz və beyinə təsir edən bu xəstəliyin ölümcül olma riski də var. Xəstəlik ağ ciyərlərə də təsir edir. Mukormikoz diabet, xərçəng və QİÇS xəstələri, eləcə də immunitet sistemi ciddi dərəcədə zəifləmiş insanlar üçün ölümcül ola bilər.  

 

“Qara kif” xəstəliyi ümumiyyətlə torpaqdan, bitkidən, gübrədən və çürüyən meyvə-tərəvəzdən yoluxur. Xəstəlik bu məhsullarla təmas nəticəsində ötürülür.  

 

Son aylarda Hindistanda mukormikoz infeksiyası koronavirusa tutulmuş minlərlə insanda rast gəlinib.   

 

Həkimlər bunun koronavirus xəstələrinin müalicəsində istifadə edilən steroidlərlə əlaqəli olduğunu söyləyirlər. Ölkədə koronavirusdan sağalanlarda “qara kif”ə yoluxmaların sayı artmaqdadır. Həkimlər mukormikoz infeksiyasının əlamətlərinin koronavirus xəstələrində sağalmalarından 12-18 gün sonra bilindiyini söyləyirlər. Artıq ölkədə epidemiyadan zərər çəkən xəstələrin müalicəsi üçün yaradılan yeni mərkəzlər sürətlə dolmaqdadır. 

 

“Qara kif” xəstəliyinin əlamətləri hansılardır? 

 

Xəstəlik şiddətli baş ağrısı, burun qanaxması, bədənin qismən iflic olması, süstlük, qaralma və ya rəng dəyişikliyi, bulanıq görmə, sinə ağrısı, tənəffüs çətinliyi, qanlı öskürək və digər simptomlarla tanınır.

 

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib