Bir ayağı amputasiya olunmuş livanlı qadın “Ginnesin Rekordlar Kitabı”na düşüb
05.06.2021 23:11

Livandan olan Darinə Bərbər heyrətamiz iradə gücü nümayiş etdirib. Uşaqlıq illərində - 28 il əvvəl sümük xərçəngi nəticəsində bir ayağı amputasiya olunmuş bu qadın “divara söykənərək uzunmüddətli oturma” hərəkəti üzrə “Ginnesin Rekordlar Kitabı”na düşüb. O, 2 dəqiqə 8 saniyə ərzində bir ayağı və digərini əvəz edən protez ayaqla qadın rəqiblərini üstələyə bilib.

 

Divara söykənərək oturma hərəkəti “Ginnesin Rekordlar Kitabı” görmə, hərəkət və əqli qüsurları olan insanlar arasında keçirilən yarışlardan biridir. Dubayda keçirilən bu müsabiqədən qələbə ilə ayrılan livanlı D.Bərbər deyib: “Mən 1993-cü ildə sümük xərçəngi nəticəsində bir ayağımı itirmişəm. Amma 28 ildən sonra da fiziki gücümü qoruyaraq rekorda imza ata bildim. Düşünürəm ki, bu qələbəm dünyadakı milyonlarla fiziki qüsurlu insanlar üçün ilham mənbəyi olacaq. Bu fəlakəti yaşamış hər kəs iradə gücünü qoruduğu vaxt qüsurlu sayılmır. “Ginnesin Rekordlar Kitabı”na düşməyim mənim kimi insanların həyatını müsbət istiqamətdə dəyişə bilər”.

 

Rekorda imza atan qadına sertifikat təqdim edən “Ginnesin Rekordlar Kitabı”nın direktoru Adam Braun deyib ki, bu cür müsabiqələrə dünyanın hər yerindən minlərlə fiziki qüsurlu insanları cəlb etmək istəyir. O əlavə edib ki, fiziki, əqli və görmə qüsurlu insanlar üçün yeni təşəbbüslər irəli sürüləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib