Səhiyyə sahəsində kadr potensialının artırılması yolları ilə bağlı tədbir keçirilib
04.06.2021 12:45
Səhiyyə sahəsində kadr potensialının artırılması yollarının araşdırılması və yol xəritəsinin müzakirəsi məqsədilə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı və məsul şəxslərin iştirakı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Biznes Məktəbinin heyəti arasında görüş keçirilib.
 
Aztibb.az xəbər verir ki, öncə Ramin Bayramlı çıxış edərək səhiyyə sisteminin inkişaf etdirilməsi istiqamətində tibbi təhsilin keyfiyyət mexanizminin artırılmasının vacibliyini vurğulayıb, ixtisaslı kadrların hazırlanması istiqamətində dayanıqlı təhsil inistutlarının rolundan bəhs edib.
 
ADİU Biznes Məktəbinin direktoru Nazim Hacıyev öz çıxışında səhiyyənin idarəolunması proqramı üzrə magistratura təhsili haqqında məlumat verərək, bu proqramın səhiyyə sisteminin transformasiyasında və keyfiyyətli tibbi xidmətlərin təşkilində olduqca böyük önəm daşıdığını bildirib.
 
Daha sonra səhiyyə idarəetməsi və təşkili sahəsində mütəxəssis kadrların yetişdirilməsi, eləcə də mövcud kadr ehtiyatının təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, bu sahədə əməkdaşlığın mümkün perspektivləri müzakirə edilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub