4 İyun – Beynəlxalq Aqressiya Qurbanı olan Uşaqlar Günüdür
04.06.2021 11:14

1982-ci il avqustun 19-da BMT-nin Baş Assambleyası özünün Fələstin məsələsi üzrə xüsusi sessiyasında ES-7/8 nömrəli qətnaməsi ilə hər il iyunun 4-nü Beynəlxalq Aqressiya Qurbanı olan Uşaqlar Günü (International Day of Innocent Children Victims of Aggression) kimi qeyd etməyi qərara almışdır.

 

Hərbi münaqişələr zonasında yaşayan uşaqlar – gələcəyi olmayan uşaqlardır. Bütün dünyada lokal münaqişələr zamanı nə qədər uşağın həlak olması haqqında dəqiq statistika aparan yoxdur. Müharibələrdə yalnız əsgərlərin deyil, uşaqların da həlak olduğunu unutmamaq üçün BMT bu günü təsis etmişdir. Bu günün əsas məqsədi dünyanın fiziki zorakılığa, mənəvi-psixoloji və ruhi təsirə məruz qalan bütün uşaqlarının ağrılarını və əzablarını hiss etmək cəhdidir.

 

Bu gün həm də BMT-nin həmin uşaqların qorunması haqqında məsələdə öhdəliklərini təsdiq edir.

 

Beynəlxalq aqressiya qurbanı olan uşaqlar sırasında Ermənistanın Azərbaycana qarşı təcavüzü, mülki əhaliyə terror hücumları nəticəsində dəhşətli aqressiya ilə üz-üzə qalmış, həyatını, doğmalarını, sağlamlıqlarını itirmiş uşaqlar da var.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib