Parasetamolun qəbulu xroniki ağrını gücləndirə bilər - Həkimdən XƏBƏRDARLIQ 
03.06.2021 16:42

Parasetamol ağrıların müalicəsi zamanı istifadə olunan ağrıkəsicidir. o, həmçinin yüksək temperaturun aşağı salınması üçün də tətbiq olunur. Xroniki ağrıya meyilli insanlar təbii ki, ilk növbədə paratsetamolun qəbulu haqqında düşünürlər.

 

Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, Böyük Britaniyalı həkim-terapevt Filipp Key bildirib ki, ağrıkəsicilər vəziyyəti daha da pisləşdirə bilər.

 

"Parasetamolun həddən artıq istifadəsi zamanı baş ağrısının səbəbi parasetamolun özüdür", - deyə Filipp Key xəbərdarlıq edib.

 

"British Medical Journal"da dərc edilmiş tədqiqat işinə əsasən, dərmanların həddən artıq istifadəsinə bağlı baş ağrısı geniş yayılmış xəstəlikdir.

 

"Simptomlar adətən dərmanın istifadəsinin dayandırılmasından sonra pisləşir. Bu zaman sağalmaq üçün bir neçə həftə lazım ola bilər, bəzən isə ağrılar təkrarən başlayır", -  deyə məqalədə bildirilir.

 

Bu faktları nəzərə alaraq, "uzun bir vaxt ərzində müşayiət edən baş ağrıları olan pasiyentlərə parasetamolun təyinindən çəkinmək lazımdır".

 

Qeyd edək ki, bu sindrom bir qayda olaraq, yalnız miqreni olan insanlarda və ya ailə anamnezində miqren olan baş ağrılarına meyilli insanlarda inkişaf edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər