"Pediatrik xəstəliklərə multidistiplinar yanaşma" adlı beynəlxalq elmi konfrans başa çatıb
03.06.2021 15:22

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının təşkilatçılığı, Mərkəzi Gömrük Hospitalın rəsmi tərəfdaşı Florence Nightingale Xəstəxanalar Qrupunun, eləcə də "Uptodate in Medicine MMC" şirkətinin dəstəyi ilə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş "Pediatrik xəstəliklərə multidistiplinar yanaşma" mövzusunda onlayn beynəlxalq elmi konfrans başa çatıb.

 

Aztibb.az xəbər verir ki, üç gün davam edən konfransın rəsmi açılış hissəsində Mərkəzi Gömrük Hospitalının rəisi Elman Məmmədov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Florence Nightingale Xəstəxanalar Qrupunun icraçı direktoru Sinan Nazif Aran, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov, UNICEF-in Azərbaycan nümayəndəliyinin Səhiyyə və Qidalanma Proqramının rəhbəri Töhfə Cəmilova, Səhiyyə Nazirliyinin baş neonatoloqu Rüstəm Hüseynov, Ankara Universiteti Tibb fakültəsinin professoru Ömer Erdeve, Türkiyənin Sağlamlıq Elmləri Universitetinin professoru Merih Çetinkaya və başqalarının çıxışından sonra konfrans panel iclasları ilə davam edib.

 

Prezident İlham Əliyevin 2020-ci il iyunun 2-də imzaladığı Sərəncamla təsdiq olunmuş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın müvafiq bəndlərinin icrasına töhfə vermək məqsədilə təşkil edilmiş konfransda pediatrik xəstəliklərə multidistiplinar yanaşmanın yerli həkimlər arasında təbliği, eləcə də yerli həkimlərlə beynəlxalq ekspertlər arasında təcrübə mübadiləsinin təmin edilməsi üçün panel müzakirələri və sual-cavab sessiyaları təşkil olunub.

 

Elmi konfransda Azərbaycan və Türkiyənin yüksəkixtisaslı mütəxəssisləri tərəfindən kardioloji, neonatoloji, endokrinoloji, hepatoloji, ümumi pediatriya və qastroenteroloji panellərdə ümumilikdə 26 məruzə dinlənilib. Dinləyicilər tərəfindən verilən sualların ətraflı şəkildə izah olunduğu sual-cavab sessiyaları müzakirələr şəklində davam etdirilib.

 

Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları"na uyğun olaraq müvafiq bal toplayan mütəxəssislərə sertifikatlar təqdim olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub