Ukraynanın azərbaycanlı Əməkdar elm xadimi vəfat edib
03.06.2021 08:48

Ukraynanın Maksim Qorki adına Donetsk Milli Tibb Universitetinin Ümumi cərahiyyə kafedrasının professoru, tibb elmləri doktoru Fərman Gülməmmədov vəfat edib.

 

Aztibb.az-ın məlumatına görə, “Report”un Gürcüstan bürosu xəbər verir ki, Ukraynanın Əməkdar elm xadimi 82 yaşında dünyasını dəyişib.

 

Fərman İbrahim oğlu Gülməmmədov 1939-cu il noyabrın 7-də Gürcüstanın Bolnisi rayonunun Darvaz kəndində anadan olub. 1958-ci ildə Ukraynanın Donetsk Tibb İnstitutuna qəbul olunub, 1964-cü ildən Donetsk vilayət xəstəxanasında həkim kimi fəaliyyətə başlayıb. 1971-ci ildə dissertasiya müdafiə edərək, tibb elmləri namizədi elmi dərəcəsini alıb.

 

F.Gülməmmədov 1991-1994-cü illərdə Bakıda fəaliyyət göstərib, 2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.

 

O, 2002-ci ilin oktyabrında Ukraynanın əməkdar elm və texnika xadimi fəxri adına layiq görülüb, Ukrayna Ali Məktəb Elmlər Akademiyasının akademiki seçilib.

 

Azərbaycanlı həkimin 2012-ci ildən etibarən çalışdığı M.Qorki adına Donetsk Milli Tibb Universiteti professorun vəfatı ilə bağlı başsağlığı yayıb. Bildirilib ki, elmə hədsiz sadiq, tələbkar və prinsipial rəhbər, xəstələrə daim diqqətli olan F.Gülməmmədov onu sevən dostlar, həmkarlar və minnətdar pasiyentlərin xatirəsində həmişə yaşayacaq.

 

“Professor-müəllim heyəti, tələbələr və əməkdaşlar onun ailəsinə, doğma və yaxınlarına səmimi qəlbdən başsağlığı verir. Yeri doldurulmaz itkinin ağrı-acısını bölüşürük”, - başsağlığıda deyilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub