Azərbaycanlı həkimlər Almaniyada klinika açıb
03.12.2021 10:37
Terapiya sahəsində həkim-mütəxəssis olan Dr. Fuad Orucov və Dr. Yusif Rüstəmovun birgə təşəbbüsü ilə Almaniyanın Tuttlingen şəhərində "Praxis" klinikasının açılışı olub.
 
Aztibb.az xəbər verir ki, klinikanın açılışında şəhər ictimaiyyəti, səhiyyə işçiləri, media nümayəndələri, həmçinin Tuttlingen şəhərinin meri Emil Buschle iştirak ediblər.
 
Açılış mərasimində çıxış edən E.Buschle bu klinikanı şəhər üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib və "Praxis"in gələcəkdə inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.
 
Qeyd olunub ki, klinika tibbi avadanlığına və texniki təchizatına görə bu sahədə müasir standartlara cavab verən müalicə ocaqlarından biridir. Burada xəstələrin müalicəsi üçün hər cür şərait yaradılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub