Azərbaycanlı alim BƏƏ-də tibb sahəsindəki xidmətlərinə görə qızıl viza ilə təltif olunub - AÇIQLAMA
12.10.2021 08:50

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) City University College of Ajman-da Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti, ağız və üz-çənə cərrahiyyəsi üzrə mütəxəssis, assistant professor, tibb üzrə fəlsəfə doktoru Sabrin Ali Azim tibb sahəsindəki xidmətlərinə görə BƏƏ-nin 10 illik qızıl vizası ilə təltif olunub. 

 

Bu barədə Aztibb.az-a Sabrin Ali Azim açıqlama verib.

 

Azərbaycan Tibb Universitetinin məzunu olmaqla hər  zaman fəxr etdiyini deyən S. Ali Azim qızıl vizaya BƏƏ dövlət başçısının bu ölkədə fəaliyyət göstərən və xüsusi istedadı ilə seçilən insanlara 10 illik qızıl vizanın verilməsinə dair qərarına əsasən layiq görüldüyünü vurğulayıb. 

 

"BƏƏ rəhbərliyinə bu ölkədə fəaliyyət göstərən insanlara öz üzərlərində çalışmağa geniş imkan yaratdıqları üçün təşəkkürümü bildirirəm", - deyə S.Ali Azim bildirib.

 

Qeyd edək ki, S. Ali Azim 2016-cı ildən BƏƏ-də ağız və üz-çənə cərrahiyyəsi üzrə mütəxəssis kimi fəaliyyət göstərir. Bu müddət ərzində Azərbaycan və BƏƏ ali məktəbləri arasında tibb və təlim sektorunda təcrübə mübadiləsini nəzərdə tutan müqavilələrin bağlanması təşəbbüsü ilə çıxış edib. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub