Maskadan imtina etməyə tələsmək lazım deyil - Həkim-terapevt
02.06.2021 17:13

Açıq havada maska taxmaq məcburiyyəti aradan qaldırılsa da, ondan tam imtina etmək hələ tezdir. Həkimlər bəzi həssas risk qrupunda olanların açıq havada, xüsusilə insanların sıxlıq təşkil etdiyi ərazilərdə, keçid və dayanacaqlarda, növbə və s. yerlərdə maskadan istifadə etməsini məsləhət görürlər. Bu, məcburiyyət olmasa da, sağlamlıq üçün vacibdir.

 

Aztibb.az xəbər verir ki, həkim-terapevt Nahid Məhərrəmov deyib: “Əsasən əməliyyatdan təzə çıxanların, tez-tez soyuqlayanların və tez-tez xəstələnənlərin özlərini qorumaq üçün açıq havada maska taxması məsləhətdir. Yeni növ koronavirus (COVID-19) infeksiyası əsasən yuxarı tənəffüs yollarından infeksiya şəklində yoluxur. Ona görə də yuxarı tənəffüs yollarında infeksiya xəstəlikləri - tonzilit, faringit, burun tənəffüsü problemləri və yaxud allergiyası olanların, özündə qrip və virus əlaməti kimi hər hansı narahatlıq hissi edənlərin də açıq havada maskadan istifadə etməsi yaxşı olardı”.

 

Açıq havada tibbi maskaları bəzən çənəsinə endirənlər, aksesuar kimi qollarına taxanlar, əllərində, ciblərində və çantalarında gəzdirənlər olur. Bu isə infeksiyaya yoluxmaq üçün zəmin yaradır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər