Xərçəngi aşkarlayan “Elektron burun” hazırlanıb   
02.06.2021 11:13

Pensilvaniya Universiteti və Penn Perelman Tibb fakültəsi əczaçılarının apardıqları yeni araşdırmalara görə, qan nümunələrindən çıxan buxarın qoxusu əsasında aparılan analiz nəticəsində bir sıra xərçəng xəstəliyi növlərini 95%-ə qədər dəqiqliklə müəyyən etmək mümkündür.  

 

Aztibb.az xəbər verir ki, yeni hazırlanmış süni intellekt qan plazması nümunələrindəki hüceyrələrin buraxdığı uçucu üzvi komponentlərin qarışığını deşifrə edir. Penn Universitetində hazırlanan yeni vasitənin mədəaltı vəzi və yumurtalıq xərçəngi kimi aşkarlanması çətin olan xəstəliklər üçün tətbiqi planlaşdırılır. Nəticələr isə 4 iyun tarixində Amerika Klinik Onkoloji iclasında təqdim ediləcək.  

 

“Tədqiqat hələ başlanğıc mərhələsində olsa da, tapıntılar çox ümid vericidir. Xərçəng şişlərini həm erkən, həm də inkişaf etmiş mərhələlərdə aşkar edə biləcəyik. Bu metod işlənib hazırlandıqdan sonra müayinə standart qan analizi testləri ilə də aparıla bilər” , – deyə Penn Universitetinin professoru Çarli Conson bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev