Da Vinçi robotu ilə beyin əməliyyatı dünyada ilk dəfə Türkiyədə icra edilib
13.05.2023 16:00

Ankara Universiteti Tibb fakültəsi İbni Sina Xəstəxanasının cərrahları Da Vinçi robotu ilə kəllə sümüyündən kəllədaxili toxumaya birbaşa müdaxilənin edildiyi dünyada ilk iki əməliyyatı uğurla həyata keçiriblər.

 

Aztibb.az bu barədə medimagazin.com.tr-yə istinadla xəbər verir.

 

İbn-i Sina Xəstəxanası Beyin və sinir cərrahiyyəsi bölümünün müəllimi Ümit Eroğlu beynin ağızdan girildiyi robot cərrahiyyə əməliyyatlarına 5 il əvvəl başladıqlarını bildirib.

 

Da Vinçi robotu ilə 2 xəstə üzərində əməliyyat icra etdiklərini deyən Eroğlu, əməliyyatlardan birinin beyindəki araknoid kist, digərinin isə beyin toxumasına yaxın bir şiş olduğunu söyləyib.

 

O, beyin əməliyyatlarında robotik cərrahiyyənin üstünlüklərindən bəhs edərək, robot qollarının fizioloji əl hərəkətlərindən daha çox oynaq hərəkətinə sahib olduğunu və uyğun hallarda daha təsirli olduğunu ifadə edib.

 

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev