AQTA sədri və kənd təsərrüfatı naziri Belarusda rəsmi səfərdədir
02.06.2021 12:00
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli və kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdikləri nümayəndə heyəti Belarus Respublikasının paytaxtı Minskə səfər edib.
Aztibb.az xəbər verir ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Minskdə keçirilən “Belaqro-2021” 31-ci beynəlxalq ixtisaslaşmış sərgisinin açılış mərasimində iştirak edib.
Çin-Belarus Sənaye Parkında təşkil olunmuş “Belaqro” sərgisinə 16 ölkədən, o cümlədən Rusiya, Böyük Britaniya, Fransa, Niderland, İtaliya, Litva, Çin, İordaniya və digər ölkələrdən 400-dən çox şirkət qatılıb.
Sərginin açılış mərasimində Belarus Baş nazirinin müavini Aleksandr Subbotin və digər rəsmi şəxslər iştirak ediblər. Azərbaycan nümayəndə heyətinin üzvləri iki pavilyonda və açıq havada nümayiş olunan ekspozisiyada təqdim edilən kənd təsərrüfatı məhsulları və texnikası, o cümlədən pilotsuz kənd təsərrüfatı sistemləri ilə tanış olub, heyvandarlıq və əkinçilik sahəsində innovasiyalara dair stendlərdə sərgilənən yeniliklərlə maraqlanıblar.
Daha sonra AQTA sədri Qoşqar Təhməzli və kənd təsərrüfatı naziri İnam Kərimov Belarusun kənd təsərrüfatı və ərzaq naziri İvan Krupko ilə görüşüblər.
Görüşdə Azərbaycan ilə Belarus arasında aqrar sahədə strateji əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər iki ölkənin baytarlıq nəzarəti sistemlərinin inteqrasiyası, bu sahədə kadr hazırlığı, birgə elmi-tədqiqat işlərinin aparılması, kənd təsərrüfatı və ərzaq məhsullarının qarşılıqlı ixracı və digər məsələləri nəzərdən keçiriblər.
Nazir İvan Krupko Belarus Prezidenti Aleksandr Lukaşenkonun bu ilin aprel ayında Azərbaycana səfərini və Prezident İlham Əliyevlə görüşünü xatırladaraq qeyd edib ki, dövlət başçıları Qarabağda işğaldan azad olunmuş ərazilərin bərpasında bir sıra istiqamətlər üzrə məsələləri ətraflı müzakirə ediblər. Gələcəkdə Qarabağda kənd təsərrüfatının inkişafında Belarusun aqrar sahədəki təcrübəsindən, xüsusilə aqroşəhərciklərin yaradılması təcrübəsindən istifadə olunması mümkündür.
Görüşdə iki ölkənin kənd təsərrüfatı və qida təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə Fəaliyyət Planının hazırlanması, bununla bağlı Azərbaycan və Belarusun müvafiq qurumlarının təmsilçilərindən ibarət işçi qrupunun formalaşdırılması və digər məsələlər ətrafında müzakirələr aparılıb.
Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Belarusun “Snov” Aqrokombinatında, “Qritskeviçi”, “Novaya jizn” ASC-lərində, Nesvij Uşaq Qidaları zavodunda və digər sənaye müəssisələrində olub.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

