"Pediatrik xəstəliklərə multidisiplinar yanaşma" mövzusunda beynəlxalq elmi konfransın ikinci günü başa çatıb
01.06.2021 22:02
“1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş "Pediatrik xəstəliklərə multidisiplinar yanaşma" mövzusunda beynəlxalq elmi konfransın ikinci günü başa çatıb. Konfransın ikinci günündə Mərkəzi Gömrük Hospitalının rəisi Elman Məmmədov açılış nitqi ilə çıxış edərək konfrans iştirakçılarını salamlayıb və konfransın işində uğurlar arzulayıb. Son onilliklərdə Azərbaycanda ana və uşaq sağlamlığının prioritet sahəyə çevrildiyini və bu istiqamətdə dövlət tərəfindən əhəmiyyətli işlər görüldüyünü vurğulayan E.Məmmədov pandemiya dövründə həkimlərin bilik və təcrübə mübadiləsində olmasının və bu prosesin davamlı təşkilinin vacibliyini qeyd edib.
 
Daha sonra Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə “Uşaq sağlamlığının qorunması istiqamətində Mərkəzi Gömrük Hospitalının həyata keçirdiyi tədbirlər” barədə təqdimatla çıxış edib. Çıxışı zamanı Mərkəzi Gömrük Hospitalının həyata keçirdiyi sosial aksiyaların uşaqların keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi və xəstəliklərin erkən mərhələdə aşkarlanması məqsədilə icra edildiyini vurğulayan Şəhla Mirzəzadə çıxışının sonunda bu sosial aksiyaların işğaldan azad edilmiş torpaqlarımızda davam etdiriləcəyinə inandığını qeyd edib.
 
Tədbir Ankara Universitetinin professoru Şenay Savaş Erdeve və İstanbul Aydın Üniversitetinin professoru Bülent Hacıhamdioğlunun rəhbərliyi altında endokrinologiya və ümumi pediatriya paneli ilə, günün ikinci yarısında isə K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktor müavini Nailə Rəhimova və Ankara Üniversiteti Tibb Fakültəsinin professoru Begüm Atasayın rəhbərliyi altında pediatriya paneli ilə davam edib.
 
Yerli və beynəlxalq ekspertlərin təqdimatlarının dinlənildiyi panellər həkimlər arasında bilik və təcrübə mübadiləsinin təmin olunması məqsədilə sual-cavab sesiyaları ilə birgə təşkil edilib. Müzakirə panelində Beynəlxalq Uşaq Sağlamlığı Mərkəzinin Uşaq Sağlamlığı Proqramları koordinatoru Dr. Arzu Köseli çıxış edərək uşaq sağlamlığının qorunması istiqamətində beynəlxalq miqyasda həyata keçirilən tədbirlər barədə məlumat verib və bu sahədə çalışan tibb mütəxəssislərinin davamlı təcrübə mübadiləsinin mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.
 
Sesiyalar və məruzələrlə bağlı fikirlərini bölüşən Arzu Köseli bütün sahələrdə olduğu kimi, iki qardaş ölkənin səhiyyə sahəsində də əməkdaşlığının davamlı olacağına inandığını qeyd edib.
 
Qeyd edək ki, konfrans Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının təşkilatçılığı, Mərkəzi Gömrük Hospitalın rəsmi tərəfdaşı Florence Nightingale Xəstəxanalar Qrupunun, eləcə də "Uptodate in Medicine MMC" şirkətinin dəstəyi ilə "Zoom" platforması üzərində onlayn şəkildə həyata keçirilir. Eyni zamanda Mərkəzi Gömrük Hospitalının rəsmi "Facebook" hesabı üzərindən canlı yayımlanır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub