Dünyada koronavirusun mövzu olduğu son həftə hadisələri – XÜLASƏ
01.06.2021 14:20

Aztibb.az dünyada son həftədə koronavirusun mövzu olduğu hadisələrlə bağlı xülasəni təqdim edir:

 

Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (34 113 146 nəfər), Hindistan (28 175 044 nəfər), Braziliya (16 547 674 nəfər), Fransa (5 667 324 nəfər) və Türkiyədir (5 249 404 nəfər). Ümumilikdə, yoluxma və ölüm hallarında ən çox azalma Avropa və Cənub-Şərqi Asiya regionlarında müşahidə olunub. Şimali və Cənubi Amerikada, Afrikada, Şərqi Aralıq dənizi və Sakit Okeanın qərb hissəsi regionlarında bu göstərici demək olar ki, ötən həftə ilə eyni olub.

 

Amerikalı ekspert yeni koronavirus təhlükələri barədə xəbərdarlıq etdi. Bildirildi ki, əgər COVID-19 infeksiyasının mənşəyini tam müəyyən edə bilməsək, bunun ardınca COVID-26 və COVID-32 də yarana bilər. Ekspertlərin fikrincə, virusoloqlar, epidemioloqlar və digər sahə mütəxəssisləri də daxil olmaqla, alimlər müəyyən müddət Hubey əyalətində virus nümunələri, həmçinin insan və heyvanların qan nümunələrini toplamalı, analiz etməlidirlər.

 

Kanadanın paytaxtı Ottava şəhərində koronavirus məhdudiyyətlərinə qarşı etiraz aksiyası keçirilib. Aksiyada yüzlərlə insan iştirak edib. Etirazçılar federal və yerli hakimiyyət orqanlarından maska taxmağı, peyvənd vurulmasını, qapanmaları, bir sözlə, əhalinin yaşayış tərzinə mənfi təsir edən, sağlamlığa psixi təsir edən bütün məhdudiyyətlərin ləğv olunmasını tələb ediblər. Kanadada hazırda maska rejimi və digər məhdudiyyətlər qüvvədədir. Daha sərt karantin rejimi 14,5 milyon sakinin məskunlaşdığı Ontario əyalətində tətbiq edilib.

 

 

Türkiyə ilə Yunanıstan arasında yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd sertifikatlarının qarşılıqlı tanınmasına dair razılıq əldə olunub.
Qeyd edək ki, Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından ölənlərin sayı 48 min nəfərə yaxınlaşır. İyundan etibarən ölkədə koronavirus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində tətbiq olunmuş məhdudiyyətlərin mərhələli şəkildə yumşaldılmasına başlanılıb. Türkiyə peyvəndləmə prosesində dünyada ilk on ölkəsi sırasında yer alır.
 
 

Hindistan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ötən həftə ölkədə qeydə alınan yoluxma son 50 günün ən aşağı göstəricisidir. İndiyədək Hindistanda ümumilikdə 28 milyon 175 min 44 nəfər koronavirusa yoluxub və onların 329 min 100 nəfəri həyatını itirib. Ölkədə yoluxma hallarının azalmasına baxmayaraq, ölüm göstəricisi yüksək olaraq qalır.

 

Rusiyada koronavirusa yoluxanların sayı 5 071 917 - ə çatıb. Ölkədə pandemiya yayılandan 121 501 nəfər COVID-19-dan vəfat edib. Virusdan sağalanların sayı isə 4 684 585-ə çatıb. Bir gün ərzində 339 nəfər ölüb. Federasiyada koronavirus əleyhinə üçüncü vaksini olan “KoviVak”ın rəsmi istehsalına başlanılıb.

 

İsraildə bu gündən etibarən qapalı məkanlarda maska taxma məcburiyyəti və ölkəyə gələnlər üçün karantin tələbləri istisna olmaqla, koronavirus pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər tam aradan qaldırılıb. İsrail hazırda epidemioloji təhlükə üzrə “qırmızı siyahıya” daxil olan bir sıra ölkə vətəndaşları üçün giriş məhdudiyyətlərini saxlayır. Ölkəyə gələn xarici vətəndaşlar koronavirus testindən keçməli və yola düşməzdən 72 saat öncə keçdikləri testin nəticələrini təqdim etməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib