"Pediatrik xəstəliklərə multidisiplinar yanaşma" mövzusunda beynəlxalq elmi konfransının birinci günü başa çatıb
01.05.2021 20:30
31 may 2021-ci il tarixində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının təşkilatçılığı, Mərkəzi Gömrük Hospitalın rəsmi tərəfdaşı Florence Nightingale Xəstəxanalar Qrupunun, eləcə də "Uptodate in Medicine MMC" şirkətinin dəstəyi ilə “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş "Pediatrik xəstəliklərə multidisiplinar yanaşma" mövzusunda beynəlxalq elmi konfransının birinci günü başa çatıb.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayıb. Uşaqların sağlam böyüməsinin və inkişafının ən vacib ümumbəşəri məsələlərdən biri olduğunu deyən C.Məmmədov qeyd edib ki, uşaqlara diqqət və qayğı dövlətimizin daim nəzərindədir: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə uşaqların sağlamlığı ilə bağlı atılan mütərəqqi addımların nəticəsidir ki, müasir Azərbaycanda prenatal və postnatal xidmət, neonatologiya, pediatriya və uşaq kardiologiyası kimi vacib sahələrdə nəzərəçarpan nailiyyətlər əldə edilmişdir. Ölkəmizdə uşaqların fiziki, əqli, mənəvi və sosial inkişafı, eləcə də sağlam böyüməsi üçün lazımi həyat səviyyəsinin təmin olunması istiqamətində bir çox dövlət proqramı, tədbirlər planı, strategiya qəbul edilərək uğurla icra olunur.
Həmin sənədlərdə uşaqların sağlam və firavan böyüməsi, onların rifahının yüksəldilməsi dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edilib. Uşaqların sağlamlığının qorunması istiqamətində dövlət səviyyəsində həyata keçirilən bu işlərdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük əməyi, əvəzsiz xidmətləri xüsusi vurğulanmalıdır”.
Çıxışının sonunda C.Məmmədov Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupu ilə birgə təşkil edilmiş konfransın həkimlər və qonaqlar üçün maraqlı bir tədbir olacağına əminliyini bildirib, konfrans iştirakçılarına uğurlar arzulayıb.
Konfransın rəsmi açılış hissəsində eyni zamanda Florence Nightingale Xəstəxanalar Qrupunun icraçı direktoru Sinan Nazif Aran, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov, UNICEF-in Azərbaycan Nümayəndəliyinin Səhiyyə və Qidalanma Proqramının rəhbəri Töhfə Cəmilova, Səhiyyə Nazirliyinin baş neonatoloqu, ETMGİ-nin Neonatal reanimasiya şöbəsinin müdiri Rüstəm Hüseynov və Ankara Universiteti Tibb fakültəsinin professoru, Neonatologiya Cəmiyyətinin üzvü Ömer Erdeve çıxış ediblər.
Tədbbirin elmi hissəsində Azərbaycan və Türkiyənin aparıcı tibb müəssisələrində çalışan yüksəkixtisaslı mütəxəssis heyəti məruzə və təqdimatlarla çıxış ediblər. Kardioloji və neonatoloji panellərdən ibarət olan ilk gündə təqdimatlarla yanaşı, yerli və beynəlxalq mütəxəssislər arasında təcrübə mübadiləsinin təmin edilməsi üçün sual-cavab sesiyaları və panel müzakirələri də keçirilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları" əsasında akkreditasiya olunaraq 21 DTT balı qazanmış və "Zoom" platforması üzərindən 300-dən çox mütəxəssisin iştirakı ilə öz işinə başlamış konfrans 3 gün davam edəcək.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

