TƏBİB: Türkiyəli alimlərin hazırladığı vaksinin klinik tədqiqatları Azərbaycanda aparıla bilər
01.06.2021 08:28

TƏBİB-in İdarə Heyəti yanında Tibbi Elmi Komitə ilə Türkiyənin Səhiyyə Nazirliyinin Koronavirusla mübarizə Elmi Şurası arasında hazırkı vaksinasiya prosesinin müzakirəsi edilməsi və bu sahədə təcrübə mübadiləsinin aparılması məqsədilə videokonfrans formatında görüş keçirilib.

 

Aztibb.az xəbər verir ki, görüşdə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı, Türkiyə Respublikasının Səhiyyə nazirinin müavini Tolqa Tolunay, Türkiyə Repsublikasının Avropa Birliyi və Xarici Əlaqələr Baş İdarəsinin rəhbəri Selami Kılıç, professor Erhan Akdoğan, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ruslan Abdullayev, Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Səbinə Əhmədova, Səhiyyənin təşkili şöbəsinin müdiri Anar İsrafilov və TƏBİB-in Elmi Komitəsinin üzvləri iştirak ediblər.

 

Tədbiri açan İdarə Heyətinin sədri Ramin Bayramlı və nazir müavini Tolqa Tolunay hər iki elmi qurum üzvlərini COVID-19 ilə mübarizə çərçivəsində iki qardaş ölkədə görülən işlər və vaksinasiyanın gedişi barədə məlumatlandırıblar.

 

Daha sonra COVID-19 xəstəliyi əleyhinə Türkiyəli alimlər tərəfindən tapılan vaksinin klinik tədqiqatlarının 3-cü fazasının Azərbaycanda da aparılması üzərində fikir mübadiləsi aparılıb və ümumi razılığa gəlinib. Bu istiqamətdə atılacaq növbəti addımların koordinasiya edilməsi qərarlaşdırılıb.

 

Eyni zamanda, görüşdə COVID-19 xəstəliyinin diaqnostikası, müalicəsi və vaksinasiya ilə əlaqədar Türkiyədə yerinə yetirilən tədqiqatların nəticələri barədə məlumatlar verilib, qarşlıqlı maraq doğuran suallar cavablandırılıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib