Qan analizi vermədən şəkərli diabet müəyyən edilə bilər? - Yeni KƏŞF
20.08.2020 15:20

Kaliforniya Universitetinin mütəxəssisləri qan testi etmədən diabet xəstəliyinə diaqnoz qoymağın yolunu tapıblar.

 

Azribb.az xəbər verir ki, bu barədə Meddaily.ru məlumat yayıb.

 

Bildirilib ki,  diabet xəstəliyinin diaqnozunu qoymaq üçün smartfon kamerasından istifadə edilir. Kamera diabet üçün xarakterik olan damar zədələrini aşkar edə bilir.

 

Belə ki, alimlər hər bir ürək döyüntüsünə cavab olaraq barmaqların ucunun rəng dəyişməsini analiz etmək üçün telefon fənərindən və kamerasından istifadə ediblər. Bu analiz metodu fotopletizmografiya (PPG) kimi tanınır.

 

"Azumio Instant Heart Rate" mobil tətbiqindən istifadə edən 53,870 nəfərdən təxminən 3 milyon PPG qeydləri toplanıb. Onların məlumatları əsasında mexanizm qurulub.

 

Yaradılmış alqoritm şəkərli diabet xəstəliyini 81% düzgün diaqnoz edib. Sağlam insanları aşkar etməyin dəqiqliyi 92-97% olub.

 

Bildirilib ki, xəstə haqqında digər məlumatları - cinsini, yaşını, bədən kütləsi indeksini və s. də nəzərə alınsa, dəqiqlik arta bilər. Yeni diaqnostik üsul sadə və qeyri-invazivdir.

 

Sistem yaradıcıları bunu geniş bir seçim metodu olaraq həyata keçirmək istəyir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza