Robot cərrahiyyə texnologiyası təqdim edilib - YENİLİK
03.07.2021 18:20

Süni zəka və yeni texnologiyalar gündəlik həyatımızda getdikcə böyük rol oynayır.

 

Aztibb.az xəbər verir ki, İngiltərənin “CMR Surgical” tibbi texnologiya şirkəti yeni robot cərrahiyyə texnologiyasını təqdim edib.

 

“Bu texnologiya ümumi cərrahiyyə və ginekoloji prosedurlarda geniş şəkildə istifadə olunur. Kolorektal və döş qəfəsi müayinə prosedurlarını da bu texnologiya vastəsiylə reallaşdırmaq mümkündür. Hazırladığımız robot xəstələr və cərrah arasında rəqəmsal bir interfeys yaradır, operativ məlumat mübadiləsini təmin edir”, – deyə məhsulu təqdim edən şirkət nümayəndəsi Con Aker bildirib.

 

Robotlardan tibbi cihazlara qədər bu texnoloji layihənin məqsədi tibb sənayesinə yeni töhfə verməkdir. Sərgilənən bu texnologiya həm də xəstələrə xidməti asanlaşdırır.

 

Rahat daşına bilinən bu cihaz səslə təlimatlandırılır. Xəstə üçün lazımi xidmətlə bağlı tapşırıqlar cihaza söylənilir. Cihaz da kritik anlarda xəstəyə vaxtında yardım edə bilir.

 

Bildiyimiz kimi, infarkt xəstə üçün çox təhlükəli bir vəziyyət yarada bilər. Cihaz infakt baş vermədən tibb bacısına qısa müddətdə müvafiq məlumatlanma imkanı verir, xəstənin böhrandan çıxmasına şərait yaradır.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama