"Tip 1 şəkərli diabetli uşaqlarda insulin terapiyası” mövzusunda SEMİNAR
29.05.2021 09:50

Bakıdan dəvət olunmuş pediatr-endokrinoloq Nabat Ağayeva Salyan Rayon Mərkəzi Xəstəxanasında “Tip 1 şəkərli diabetli uşaqlarda insulin terapiyası” mövzusunda seminar keçib.

 

Seminarda Salyan, Neftçala, Biləsuvar, Hacıqabul, Şirvan, Saatlı və Sabirabad rayonlarından uşaq pediatrları və digər sahə həkimləri iştirak ediblər.

 

Nabat Ağayeva diabetli uşaqlarda insulin terapiyasının xüsusiyyətləri, xəstəliyin gedişatı, insulin enjeksiyonu, diabetik qidalanma və s. barədə məlumat verib. Məruzəçi bildirib ki, şəkərli diabet dünyada ən geniş yayılmış xəstəliklərdən biridir. Şəkərli diabetin iki tipi ayırd edilir. Birinci tip şəkərli diabetdə xəstələrin orqanizmində insulin hormonu sintez olunmur və onlar insulindən asılı olurlar. İkinci tipdə isə insulin orqanizmdə istehsal olunur, lakin hüceyrələrin insulinə qarşı həssaslığı azalır. 

 

Həkim əlavə edib ki, ən ağır forma birinci tip şəkərdir, uşaq yaşlarından başladığı üçün onlar erkən yaşlarda əlil ola bilirlər. 1 tip diabet diaqnozu qoyulan uşaqların gündəlik insulin inyeksiyalarına ehtiyacı var. Xəstəliyin gedişatı aqressiv olduğuna görə əksər hallarda müalicə effektiv nəticə vermir. Xəstə şəkərli diabeti həyat tərzinə çevirməlidir. 

 

Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub