Vərəm peyvəndi COVID-19-un qarşısını ala bilərmi? – ARAŞDIRMA
29.05.2021 09:55

Yunan alimlərinin apardığı araşdırmaya əsasən 100 il əvvəl tapılmış vərəm peyvəndinin koronavirusa qarşı təsirli ola biləcəyi müəyyən edilib. Təcrübədə vərəm peyvəndinin tətbiq olunan yaşlılarda COVID-19-a qarşı 68% təsirli olduğu bilinib. Mütəxəssislərin fikrincə, dəqiq nəticələr üçün açıqlama hələ tezdir, lakin bu araşdırmalar xəstəliklə mübarizəyə ümid vəd edir.

 

Aztibb.az xəbər verir ki, vərəm peyvəndi ötən əsrin əvvəllərindən bəri istifadə edilir. Onun koronavirusa qarşı təsirli ola biləcəyini öyrənmək üçün bundan əvvəl də tədqiqatlar aparılıb.

 

Siçanlarla aparılan tədqiqatlar göstərir ki, “VPM1002” vərəm peyvəndi immunitet sistemini stimullaşdıraraq COVID-19 kimi viral infeksiyaları zəiflədir, bədəndə immunitet sisteminin qorunmasına imkan yaradır.

 

İngilis alimləri də 100 il əvvəl hazırlanan vərəm peyvəndi “BCG”nin COVID-19-un səbəb olduğu sətəlcəm və  digər xəstəliklərin qarşısını ala biləcəyi fikrini irəli sürüblər. Tədqiqatçılar “BCG”nin koronavirusa qarşı təsirini müəyyənləşdirmək məqsədilə İngiltərədə, Avstraliyada, Hollandiyada, İspaniyada və Braziliyada aparılan testlərə on mindən çox adamın qatıldığını bildiriblər.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev