Rusiyada dördüncü COVID-19 peyvəndi – “Sputnik Light” qeydiyyata alınıb
08.05.2021 17:12

Rusiya Birbaşa İnvestisiyalar Fondu ölkədə koronavirusa qarşı mübarizə üçün nəzərdə tutulmuş dördüncü peyvəndin qeydə alındığını açıqlayıb.

 

Aztibb.az xəbər verir ki, fondun açıqlamasında “Sputnik Light”ın tək bir dozada istifadə ediləcəyi bildirilib.

 

Rusiyanın Qamaleya Tədqiqat İnstitutu tərəfindən hazırlanan peyvəndin səmərəliliyinin yüzdə 79,4 faiz olduğu vurğulanıb. Eyni zamanda, peyvəndin antikorları olan insanları da qoruma faizinin yüksək olduğu iddia edilib.

 

Qamaleya Tədqiqat İnstitutu tərəfindən hazırlanan ilk rus COVID-19 peyvəndi olan “Sputnik V” 2020-ci ilin avqustunda, Vektor Tədqiqat Mərkəzi tərəfindən hazırlanan “EpiVakKorona” peyvəndi 2020-ci ilin oktyabrında və Çumakov Mərkəzi tərəfindən hazırlanan “KoviVak” peyvəndi isə bu il fevralın 20-də qeydə alınıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev