Tədris Terapevtik Klinikasında COVID-19 pandemiyasına həsr olunan konfrans keçirilib
27.05.2021 10:23

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında COVID-19 pandemiyasına həsr olunan konfrans keçirilib.

 

Aztibb.az xəbər verir ki, tədbiri klinikanın direktoru, professor Surxay Musayev açaraq, ölkəmizdə qonaq olan Türkiyənin Qazi Universitetinin professorlarını və konfrans iştirakçılarını salamlayıb.

 

O, ATU ilə Qazi Universiteti arasındakı əlaqələrdən, o cümlədən tələbə mübadiləsindən, rezidentlərimizin keçdiyi praktik təcrübədən danışıb. Bildirib ki, pandemiya dövründə başqa universitetlər rezidentləri qəbul etmədiyi halda Qazi Universiteti rezidentlərimizi qəbul edib və onların təhsil almasına şərait yaradıb. Buna görə klinikanın direktoru həmin universitetin nümayəndələrinə minnətdarlığını bildirib.

 

Sonra Qazi Universitetinin Tibb fakültəsinin dekanı, professor Mustafa Necmi İlhan “Dünyada və Türkiyədə COVID-19 pandemiyası və onun səhiyyə sisteminə təsiri” mövzusunda geniş məruzə edib. Natiq COVID pandemiyası ilə bağlı hazırda dünyadakı vəziyyət, onun fəsadları, eləcə də ölkələrin iqtisadiyyatlarına vurduğu ziyanlarla bağlı iştirakçılara ətraflı məlumat verib.

 

Daha sonra Qazi Universitetinin tibb elmləri fakültəsinin dekanı, professor Bülənt Elbasan pandemiya müddətində insanların fiziki aktivliyinin azalmasının təhlükələrindən bəhs edib, müxtəlif yaş qrupları arasında aparılan təcrübə və nəticələrlə bağlı fikirlərini bölüşüb.

 

Sonda ATU-nun II daxili xəstəliklər kafedrasının assistenti Könül İsmayılova “COVID-19 pandemiyası – Azərbaycan Tibb Universitetinin təcrübəsi” mövzusunda çıxış edib. K.İsmayılova pandemiya dövründə həkimlərin və xəstələrin davranışları, tibb işçilərinin göstərdiyi fədakarlıq, keçirilən təlimlər və digər məqamlarla bağlı fikirlərini bölüşüb.

İştirakçılar tərəfindən maraqla qarşılanan məruzələrdən sonra konfrans müzakirələr və sual-cavabla davam edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub