Azərbaycan ilə Çexiya arasında tibbi sığorta sahəsində əməkdaşlıq imkanları müzakirə olunub
25.05.2021 18:42

Mayın 25-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Çex Respublikasının səhiyyə nazirinin müavini Radek Politsar ilə görüşüb. Görüşdə, həmçinin Çex Respublikası Səhiyyə Nazirliyinin tibbi sığortaya nəzarət departamentinin direktoru Lenka Poliakova, Tibbi cihaz istehsalçıları və təchizatçıları birliyinin İdarə Heyətinin üzvü Petr Foit və agentliyin Hüquq departamentinin rəhbəri Aysel İbayeva iştirak edib. Bu barədə dövlət agentliyindən bildirilib.

 

Zaur Əliyev agentliyin fəaliyyəti və icbari tibbi sığortanın ölkə üzrə tətbiqi barədə nazir müavininə məlumat verib. O, Çex Respublikasında tibbi avadanlıqların istehsalı ilə məşğul olan şirkətlərin ölkəmizə investisiya yatırmaları üçün geniş imkanların olduğunu bildirib.

 

Radek Politsar öz növbəsində səmimi qəbula görə İdarə Heyətinin sədrinə təşəkkür edib. Tibbi sığorta sahəsində iki qurum arasında əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirən qonaq Azərbaycanla öz təcrübələrini bölüşməyə hazır olduğunu vurğulayıb.

 

Görüşdə səhiyyə və icbari tibbi sığorta sahəsində təcrübə mübadiləsi, xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin müəyyən edilməsi qaydası, sığorta sahəsində dövlətin rolu, sığortaolunanların əsas öhdəlikləri, icbari tibbi sığorta sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və bir sıra digər mövzularda fikir mübadiləsi aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub