"Beynəlxalq əlaqələrin inkişaf etdirilməsi ATU-nun prioritet istiqamətlərindən biridir" - Professor Gəray Gəraybəyli
25.05.2021 17:51
"Azərbaycan Tibb Universiteti təhsil alan əcnəbi vətəndaşların sayına görə ölkədə lider universitetdir".
Mayın 25-də Türkiyənin Qazi Universitetinin rektoru Musa Yıldızın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanın aparıcı ali təhsil müəssisələrinin rektorları arasında “Türkiyə-Azərbaycan təhsil əməkdaşlığı” mövzusunda görüş keçirilib.
Aztibb.az xəbər verir ki, tədbiri açan təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi ilə əsaslı təmələ sahib olan, tarixi köklərə və qardaşlığa söykənən Azərbaycan-Türkiyə əlaqələri siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə uğurla davam edir. Nazir müavini vurğulayıb ki, bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də ölkələrimiz arasında əlaqələr daim inkişaf edir. Müasir dövrün tələbləri elm, təhsil sahəsində inteqrasiyanın dərinləşdirilməsinin, bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini göstərir. Bu baxımdan yüksəkixtisaslı kadr hazırlığı məqsədilə xarici ölkələrin, xüsusilə Türkiyənin qabaqcıl ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin davamlı inkişaf etdirilməsi universitetlərin prioritet istiqamətləri kimi müəyyənləşdirilib.
F.Qurbanov diqqətə çatdırıb ki, Azərbaycanda təhsil alan 90 ölkənin əcnəbi tələbələri arasında Türkiyə vətəndaşlarının sayı 40 faizdən çoxdur. Türkiyədə isə 23 min Azərbaycan vətəndaşı təhsil alır.
Nazir müavini 70 minlik tələbə kontingentinə və bir əsrlik tarixə malik Qazi Universiteti ilə yerli ali təhsil müəssisələrimiz arasında imzalanan əməkdaşlıq müqavilələrinin əhəmiyyətinə toxunub.
Qazi Universitetinin rektoru Musa Yıldız çıxış edərək Azərbaycan və Türkiyə ali təhsil müəssisələri arasında qurulan əlaqələrin yüksək nəticələr verəcəyinə əminliyini ifadə edib. Rektor rəhbəri olduğu universitetin təqdimatını edib, ali təhsil müəssisəsi haqqında geniş məlumat verib.
Sonra Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli çıxış edərək, ATU-da beynəlxalq əlaqələrin inkişaf etdirilməsinin prioritet fəaliyyət istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb:
“Son 5 ildə bu sahədə sürətli inkişafın şahidiyik. Təbii ki, bu prosesdə Türkiyə Cümhuriyyətinin təhsil və elm qurumları ilə əlaqələr xüsusi yer tutur. Təsadüfi deyil ki, hazırda Türkiyənin 20 fərqli elm və təhsil qurumu ilə geniş əlaqələr qurulub və aktiv əməkdaşlıq həyata keçirilir. Bu qurumlarla imzalanmış sənədlərdə universitetlər arasında tələbələrin və professor-müəllim heyətinin mübadiləsi, birgə elmi fəaliyyət, birgə elmi tədbirlərin (konfranslar, seminarlar, simpoziumlar, treninqlər və s.) həyata keçirilirməsi nəzərdə tutulub. Həmçinin onu da qeyd etmək istərdik ki, Türkiyənin 6 universiteti ilə Mevlana mübadilə proqramı üzrə və l universitetlə isə Erasmus mübadilə proqramı üzrə əməkdaşlıq da mövcuddur. Bildiyiniz kimi, Azərbaycan Tibb Universiteti təhsil alan əcnəbi vətəndaşların sayına görə ölkədə lider universitetdir.
Sevindirici haldır ki, onların içərisində Türkiyə vətəndaşları üstünlük təşkil edir. Belə ki, ATU-da ümumilikdə 883 nəfər Türkiyə vətəndaşı təhsil alır. Onların 675 nəfəri 3 ixtisas (Müalicə işi, Diş həkimliyi, Əczaçılıq) üzrə, 203 nəfəri Hazırlıq kursunda, 5 nəfəri isə Rezidentura tahsili almaqdadır. Əməkdaşlıq etdiyimiz Türkiyə universitetləri içərisində Qazi universiteti olan əlaqələr xüsusilə diqqəti cəlb edir. Qazi Univesiteti ilə artıq 10 ilə yaxındır ki, aktiv əməkdaşlığımız mövcuddur. 2020-ci ilin sentyabr ayında universitetlər arasında geniş tərkibdə onlayn görüş keçirilmiş. əməkdaşlıq tarixi və gələcək prespektivlər müzakirə olunmuşdur. Həmin görüşdə Əməkdaşlıq Protokolunun yeni müddəalar əlavə edilməklə yenilənməsinə qərar verilmişdir. Öncəki əməkdaşlıq istiqamətləri ilə yanaşı, Azərbaycan Tibb Universitetində yeni açılmış "Tibb bacılığı" va "Fizioterapiya və tibbi reabilitasiya" ixtisasları, ikili diplom proqramları və kurrikumların yenilənməsi üzrə əməkdaşlıq istiqamətləri də əlavə edilmişdir. Görüşdan sonra dərhal işçi qruplar yaradılmış və qeyd olunan yeni ixtisaslar üzrə əməkdaşlığa start verilmişdir. Qeyd etmək istərdim ki, Qazi Universitetində tələbələrin rahatlıqla istifadə edə biləcəyi onlayn tədris platforması yaradılmışdır. ATU-nun tələbələri bu dərslərə böyük həvəslə qatılmış və öz biliklərini daha da genişləndirmişlər”.
Rektor bildirib ki, son ildə görülən ən mühüm işlərdən biri də, ATU-da yeni açılmış "Tibb bacılığı" və "Fizioterapiya və tibbi reabilitasiya" ixtisasları üzrə mütəxəssis hazırlanmasına Qazi Universitetinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Nəcibə xanımın şəxsində Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin verdiyi dəstəkdir:
“Həmçinin diqqətinizə çatdırmaq istərdim ki, hörmətli rektor Musa Yıldızın başçılıq etdiyi nümayəndə dünən Azərbaycan Tibb Universitində olub, görüşlərimizdə gələcəkdə əməkdaşlığın genişləndirilməsi prespektivləri müzakirə edilib. Qərara alınıb ki, yaxın vaxtlarda 1-ci kurs tələbələri ilə yanaşı, yuxarı kurslarda təhsil alanlara da onlayn dərslərdə iştirak imkanı yaradılsın, ikili diplom proqramları üzrə daha aktiv iş aparılsın və magistratura-doktorantura təhsil pilləsi üzrə mübadilə proqramlarının mümkünlüyü mutəxəssislərin iştirakı ilə müzakirə edilsin”.
Sonda müzakirələr aparılıb, suallar cavablandırılıb.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

