ATU ilə Qazi Universiteti arasında memorandum imzalanıb - FOTO
25.05.2021 09:45
Türkiyənin Qazi Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səhiyyə nazirinin birinci müavini, nazirin səlahiyyətlərini icra edən Teymur Musayev nümayəndə heyəti ilə görüşüb. Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli də görüşdə iştirak edib.
Tədbirdə çıxış edən Teymur Musayev ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən tibb sahəsində qarşılıqlı faydalı əlaqələrin mövcudluğundan məmnunluğunu bildirərək, bu qardaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb: “Müasir dünyada keyfiyyətli tibb təhsili olduqca vacib məsələdir. Bu mənada, ATU və Qazi Universitetinin əməkdaşlığı, o cümlədən elmi və təcrübi biliklər mübadiləsi aparması tibb işçilərimizin vətəndaşlarımızın sağlamlığının keşiyində daha peşəkarlıqla dayana bilməsi baxımından çox önəmlidir. Mən Vətən müharibəsi dövründə türkiyəli həmkarlarımızın dəstəyini də xüsusi vurğulamaq istərdim. Biz, eyni zamanda bu gün bütün dünyanı ağuşuna almış COVID-19 pandemiyası ilə mübarizə sahəsində də yaxından əməkdaşlıq edirik. Məhz Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan bu qlobal təhlükədən daha az itkilərlə çıxmağı bacarıb”.
Professor Gəray Gəraybəyli rəhbəri olduğu ATU ilə Türkiyənin tibb üzrə ixtisaslaşmış universitetləri arasındakı əlaqələrdən danışıb: “Bizim bir çox universitetlərlə işlək əməkdaşlıq müqavilələrimiz var. Bunlardan biri də Qazi Universitetidir. Ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nı rəhbər tutaraq, biz bu gün iki universitet arasındakı memorandumu yenilədik. Pandemiya dönəmində ATU ilə Qazi Universiteti arasında qarşılıqlı fəaliyyət davam etdirilib, tələbələrimiz Qazi Universitetində keçirilən tibb bacısı, stomatologiya və tibb ixtisasları üzrə dərslərə onlayn olaraq qatılıblar. Qeyd edim ki, ATU-da keçən ildən etibarən 4 yeni ixtisas üzrə qəbul aparılır. Bu ixtisaslar üzrə də türkiyəli həmkarlarımızdan kömək görürük”.
Qardaş ölkə tibb işçilərinin Vətən müharibəsi zamanı Azərbaycanın yanında olmasından danışan rektor, bu yardımın ölkəmiz üçün böyük mənəvi və praktiki əhəmiyyət daşıdığını vurğulayıb.
Qazi Universitetinin 95 yaşı olduğunu bildirən rektor, professor Musa Yıldız isə, 11 fakültə, 1 kollec, 3 peşə məktəbi və 5 institut ilə insanların xidmətində olduqlarını nəzərə çatdırıb: “Qardaş Azərbaycana hər zaman bütün imkanlarımızla yardım etməyə hazırıq. “İki dövlət, bir millət” anlayışı Qarabağ müharibəsi ilə tam şəkildə təsdiqləndi”.
Görüşdən sonra qonaqlar ATU-nun Tədris Stomatoloji Klinikasında tələbələr üçün yaradılan şəraitlə tanış olublar. Daha sonra Tədris Cərrahiyyə Klinikasına baş çəkiblər. Klinikanın direktoru, professor Surxay Hadıyev klinika haqqında geniş məlumat verib. Tədris Treninq Mərkəzində yeni nəsil robotlar qonaqlara təqdim edilib.
Nümayəndə heyəti ATU-nun Anatomiya Muzeyində də olub. Muzeydəki unikal eksponatlara böyük maraq göstərən qonaqlar sintetik meyitə xüsusi diqqət nümayiş etdiriblər.
Görüşlərdə Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev, Elmi işlər üzrə prorektor, dosent Rauf Bəylərov, Tərbiyə işləri üzrə prorektor, dosent Zülfüqar Musabəyov, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Orxan İsayev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, Qazi Universitetinin Sağlamlıq bilikləri fakültəsinin dekanı, professor Bülent Elbasan, Tibb fakültəsinin dekanı, professor Mustafa Necmi İlhan, Təhsil, təlim və xarici əlaqələr koordinatoru professor İhsan Kalenderoğlu iştirak ediblər.
Qeyd edək ki, ölkəmizdə səfərdə olan qonaqlar Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tərəfindən qəbul olunublar.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

